Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

01 Sen 15:53Olke

ANASININ ƏMƏLİYYATI ADINDAN BORC ALDI, LAKİN QAYTARMAMAQ ÜÇÜN HƏDƏ-QORXU GƏLİB?

ANASININ ƏMƏLİYYATI ADINDAN BORC ALDI, LAKİN QAYTARMAMAQ ÜÇÜN HƏDƏ-QORXU GƏLİB?
Respublikaxəbər.az xəbər verir ki, 24.08.2020-ci il tarixdə redaksiyamıza Ərizə ilə müraciət edən Şəki rayon, Baş Göynük kənd sakini Yusibov Vasif Akif oğlu bildirmişdir ki, O, 2017-ci il tarixdə Şəmistan adlı şəxslə tanış olmuş, bir müddət aralarında münasibət yarandıqdan sonra Şəmistan Vasifin səmimiliyindən istifadə edib,anasının xəstə olduğunu və əməliyyat etdirmək istədiyini bildirib, ondan borc istəyib. Vasif də ana adını eşitdiyi üçün 1800 manat Şəmistana borc verir. Əlavə olaraq da Vasif müxtəlif səbələrdən Şəmistana 370 manat pul verib. Vasif Şəmistandan hər dəfə verdiyi pulunu geri qaytarmasını istəyib, Şəmistan da hər dəfə müxtəlif bəhanələr uyduraraq aldığı pulu geri qaytaracağını bildirib. Bir dəfəsində isə şikayətçinin dediyinə görə Şəmistan Vasifin yanına, onun iş yerinə (Xətai rayon ərazisində yerləşən Həzi Aslanov Metro-Stansiyasının yaxınlığına) digər bir şəxslə gələrək Vasifə hədə-qorxu gələrək, verdiyi borcdan imtina etməsini tələb etmiş, Onu sözlə-ölümlə hədələmişdir. Qarşı tərəf olan Şəmistan adlı şəxsin mövqeyini öyrəndiyimiz zaman Şəmistan Vasifdən aldığı pulu danmadı, etiraf edərək həqiqətən Vasifə borcu olduğunu bildirdi, Lakin onu heç vaxt hədələmədiyini bildirdi. Tərəflərin mövqeləri bir-birlərinə uyğun gəlmədiyi üçün, Şikayətçinin şikayət ərizəsi ilə birlikdə tərəfimizdən aidiyyatı üzrə DİN-nin rəhbərliyinə məlumat məktubu göndərilmişdir. Nəticəsi barədə Təhqiqat araşdırmasından sonra İzləyicilərimizə məlumat verəcəyik.

Sənəm Əliyeva Respublikaxəbər.az dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: