Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

31 Avq 10:52Olke

Rayonlara gediş-gəliş bərpa edilə bilər? - AÇIQLAMA

Rayonlara gediş-gəliş bərpa edilə bilər? - AÇIQLAMA


Rayonlara gediş-gəlişin bərpa edilməsi ilə bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargah verəcək.

Bu sözləri Respublikaxəbər.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev sentyabrın 15-dən etibarən təhsil və təlim prosesinin bərpa olunması ilə əlaqədar regionlardan paytaxta gediş-gəlişə icazə ilə bağlı məsələyə də toxunub:

“Ali təhsil müəssisələrində onlayn təhsil nəzərdə tutulub. İbtidai siniflərə əyani təhsilin isə regionlara gediş-gəlişin bərpası ilə əlaqəsinin olmadığını düşünürəm. Çünki, onlar yaşadıqları, qeydiyyatda olduqları mənzillərdədirlər. Ona görə onların məktəbə getməsində problem olmayacaq.

Əgər kimsə xüsusi karantin rejimi tətbiq olunmazdan öncə rayonlara gedibsə, yəqin ki, həmin şəxslərin artıq qayıdıb yaşadıqları yerdə uşaqlarının tədris müəssisələrinə getməsi ilə bağlı hər hansı əlavə tədbirlər barədə məlumat verilər. Biz icraedici orqanıq. Hazırda bu istiqamətdə proqnoz vermək, operativ qərargahın adından fikir səsləndirmək düzgün olmaz. Operativ qərargah bu istiqamətdə yekun qərar verəndə biz də icraçı orqan olaraq həmin qərardan irəli gələn tədbirləri yerinə yetirəcəyik”.




Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: