Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

28 Avq 17:46Olke

Şamaxıda evə girən oğru yaşlı ər-arvadı vəhşicəsinə döydü - FOTO

Şamaxıda evə girən oğru yaşlı ər-arvadı vəhşicəsinə döydü - FOTO


Şamaxıda gecə evə girən oğru 80 yaşlı kişini və 72 yaşlı qadını döyüb.

Bu barədə Respublikaxəbər.az-a zərərçəkmiş şəxs Zərifə Niyazovanın bacısı Xədicə xanım bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl gecə evə girən oğru maskalı olub və evdə pul tapmayanda ərlə arvadı əsa ilə döyüb:

“Hadisə avqust ayının 23-ü, gecə saat 02 radələrində Şamaxı şəhərində yerləşən Hüseyn Ciddi küçəsi, evi 11-də baş verib. Evdə həmin vaxt bacım Zərifə Niyazova və əri Polad Niyazov olub.

Oğru evə girdiyi zaman hər iki şəxs yatmış vəziyyətdə olublar, ancaq səsə Polad oyanıb.

Öncə elə bilib ki, xanımıdır, şkafda nəsə axtarır, ancaq səs etdikdən sonra oğru üzünü çevirib və maskada olduğunu görüb. Bu vaxt oğru hücum edib və əlində olan əsa ilə üz-gözünə vurub, burnunu sındırıb.

Bu zaman səsə bacım oyanıb və yerindən belə qalxa bilməyib, qışqırmağa başlayıb. Oğru kişini huşuz hala saldıqdan sonra bacımı döyüb və sonra bıçağı boğazına dirəyərək pul istəyib”.

Z.Niyazovanın bacısı qeyd edir ki, ailənin bu yaxınlarda oğlu rəhmətə gedib və evin sonuncu pulunu rəhmətə gedən şəxsin baş daşına veriblər. Bu barədə oğruya da bildiriblər:

“Oğruya evdə pul olmadığını dedikdə, o, daha da əsəbiləşib və qadını yumruqlamağa başlayıb. Elə bu zaman bacım oğrunun üzündə olan qara maskanı çıxarıb, ancaq ev qaranlıq olduğundan oğrunun kimliyini dəqiqləşdirə bilməyib. Üzünün görünməsini istəməyən oğru qadını da huşsuz hala salaraq evdən qaçıb”.

Əlavə edək ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxslər polisə müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: