Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

21 Mar 14:06Olke, Dagliq-Qarabagh, Dunya

Nikol Paşinyan erməni və azərbaycanlılar arasında birbaşa dialoq tərəfdarı olduğunu bildirib

Nikol Paşinyan erməni və azərbaycanlılar arasında birbaşa dialoq tərəfdarı olduğunu bildirib
Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi mövzusunda erməni və azərbaycanlı xalqları arasında birbaşa dialoq tərəfdarı olduğunu bildirib.

Bu barədə o, çərşənbə axşamı günü Yerevanda jurnalistlərlə görüşü zamanı "beynəlxalq vasitəçilərin xalqları sülhə hazırlaşdırmaq" təşəbbüsü ilə bağlı şərhində danışıb.

"Bəs bunu kim etməlidir? Təəssüf ki, beynəlxalq vasitəçilər bu məsələni qaldıranda, nəzərdə tutur ki, Ermənistan ictimaiyyətini Ermənistan baş naziri sülhə hazırlaşdırmalıdır, Azərbaycan prezidenti isə - Azərbaycan xalqını. Mən hesab edirəm ki, bu, mümkün deyil", - Paşinyan deyib.

Ermənistan baş naziri xatırladıb ki, daha əvvəl də (Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurası iclasında çıxışında) bununla bağlı özünün - Azərbaycan xalqının, Azərbaycan prezidentinin isə erməni xalqının sülhə hazırlşdırılması işində iştirak etmələri haqqında danışıb.

"Məsələn, mənə maraqlıdır, Azərbaycan prezidentinin Qarabağ xalqına deyəsi hər hansı bir sözü varmı ki, birbaşa onlarla danışsın? Məsələn, mənim Azərbaycan ictimaiyyətinə deyəsi çox sözüm var. Və çox məmnun olardım ki, danışıqlar prosesi çərçivəsində bizim belə mükaliməyə dair, bir-birimizlə danışmaq imkanımız olsun", - Paşinyan deyib.

Paşinyan özünün Azərbaycan ictimaiyyətinə deyəsi "çox şey" olduğu və belə bir imkan arzuladığını bildirib, lakin "mövcud konstruktiv atmosferi pozmamaq üçün bunu birtərəfli şəkildə etmək istəməzdi".

"20 ildir bir-birimizə söyürük"

Ermənistan baş naziri Qarabağ problemi ilə bağlı müxtəlif sosial şəbəkələrdə erməni və azərbaycanlı istifadəçilər arasında təmasların xarakterindən təəccübləndiyini bildirib.

Ermənistan baş naziri bu mövzuda bir neçə müzakirə altında Youtube və başqa yerlərdə "ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı söyüş dolusu" ifadələrdən başqa bir məzmunlu fikir olmadığına təəccüblənir.

"Bunun necə və haradan irəli gəldiyi aydındır... Yaxşı, bir, iki, üç, dörd, 20, 50, min, milyon dəfə bir-birinizə söydünüz... Vaxtı deyilmi ki, sosial şəbəkələrdə də, söyüşdən başqa, bir-birimizə deyəsi sözümüz olub-olmadığını anlayaq?".

"Və mən çox sevinərdim ki, sosial şəbəkələrdə insanlar bu məsələni müzakirə etsin... Müzakirə etsinlər - bu nədir, nə işdir, nə baş verir?.. 20 ildən çoxdur bir-birimizə söyürük... Bəlkə orada daha mühüm söhbətlərə yer vermək olardı?"

Ermənistan baş naziri "qısa bir zamanda azərbaycanlı və ermənilərin can-ciyər" olacaqlarına inanmır. Lakin hesab edir ki, sosial şəbəkələrdən tərəflərin həyatı barədə - "Azərbaycanda nə baş verir, Ermənistanda nə baş verir, Qarabağda insanlar necə yaşayır, bu (münaqişənin həlli) barədə nə düşünürlər" - məlumat almaq üçün istifadə etmək daha praktik olardı.

"Mən bu barədə həmişə fikirləşmişəm. Sosial şəbəkələr yaxşı mükalimə mühiti ola bilər. Əgər biz xarici işlər naziri, ölkə rəhbəri səviyyəsində, bəzən jurnalistlər səviyyəsində dialoq yarada biliriksə... Biz ki görüş otaqlarına girib, bir-birimizi söyüb çıxmırıq? deyilmi?... Bunu daha geniş çevrədə etmək olar!", - Nikol Paşinyan deyib və bu çağırışının "Azərbaycan, Ermənistan və Qarabağ internet istifadəçilərinə" ünvanlandığını bildirib.

Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurası iclası ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "bu iclasla ölkəmizin Dağlıq Qarabağ regionunun ermənilərini danışıqlara cəlb etməyə səy göstərməyə ehtiyac qalmır".

""Qarabağ erməniliyi" ideyasını səsləndirən Baş nazir, Dağlıq Qarabağda yaşayan ermənilərin "xalq" deyil, erməni icması olduğunu bəyan edərək söz oyununa son qoydu", Azərbaycan Xarici İşlər Nazirliyi bildirib. dle
What we usually call Cheap Fake Jordans is actually a collaboration between Adidas and Yeezy. Since the release of the first pair of Cheap Fake Jordans shop in 2015, Yeezy has been popular for its high comfort midsole and fashionable upper design. Different from the traditional "hardfoot dermabrasion, ugly can't stand to look directly" the sneakers, www.yzsneaker.com is simply comfortable and stylish! Replica Jordan Sneakers

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: