Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

14 Avq 16:46Olke

Vərəm xəstələrinin müalicəsi üçün Azərbaycana 5 130 qutu dərman preparatı gətirilib

Vərəm xəstələrinin müalicəsi üçün Azərbaycana 5 130 qutu dərman preparatı gətirilib


Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) koronavirus pandemiyası dövründə Azərbaycanın tibbi təchizat sisteminin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığını davam etdirir.

BMTİP-dən Respublikaxəbər.az-a verilən məlumata görə, BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə, vərəmə yoluxmuş şəxslərin müalicəsi üçün yeni dərman vasitələri satın alınıb və ölkənin İnnovasiya və Təchizat Mərkəzinə təhvil verilib.

Budəfəki çatdırılmada dərmana həssas və dərmana davamlı vərəm pasiyentlərinin müalicəsi üçün 5 130 qutu dərman preparatı BMTİP vasitəsilə ölkəyə gətirilib.

Sözügedən dərmanlar, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində satın alınıb. Layihənin məqsədi ölkədə həyati əhəmiyyətli dərman vasitələrinin satınalınması prosesinin inkişafına yardım etməkdir. Layihə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Bu günə qədər layihə, Azərbaycanda 7300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: