Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Avq 17:32Olke

Bakı polisi koronavirusla bağlı reyd keçirib - FOTO

Bakı polisi koronavirusla bağlı reyd keçirib - FOTO


Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.

Bakı şəhər Baş Polis İdarəsi (BBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Diqqətə çatdırılıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: