Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 Avq 14:13Olke

Respublikaxəbər.az .İnformasiya-Xəbər Portalının Təsisçi və baş direktoru Elyaz Gülüyevin Qax RPİ-nin əməkdaslarının qanunsuz hərəkətləri ilə ölkə başçısı cənab İlham Əliyevə şəxsən ünvanladığı şikayət məktubu.

Respublikaxəbər.az .İnformasiya-Xəbər Portalının Təsisçi və baş direktoru Elyaz Gülüyevin Qax RPİ-nin əməkdaslarının qanunsuz hərəkətləri ilə ölkə başçısı cənab İlham Əliyevə şəxsən ünvanladığı şikayət məktubu.
Respublikaxəbər.az .İnformasiya-Xəbər Portalının Təsisçi və baş direktoru Elyaz Gülüyevin Qax RPİ-nin əməkdaslarının qanunsuz hərəkətləri ilə ölkə başçısı cənab İlham Əliyevə şəxsən ünvanladığı şikayət məktubu.

Məktubda deyilir!
Hörmətli cənab Prezident!
İlk öncə Sizi bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, əlavə olaraq da hər zaman mətbuat əməkdaşları mənim dostlarımdır deyərək bizə verdiyiniz dəyərə güvənib fəxrlı deyirəm ki, Sizi, Dövləti və dövlətçiliyi hər zaman dəstəkləyən bir mətbuat əməkdaşı olaraq salamlayıram. Salamımdan sonra şikayət məktubuma başlamazdan əvvəl dəfələrlə vətəndaşları incitməyin deyərək məmurlara etdiyiniz xəbərdarlıqları rəhbər tuturam. Lakin buna baxmayaraq təxminən bir ay müddətinə yaxındır ki, Qax RPİ-nin əməkdaşları tərəfindən qardaşımın döyülərək ona əzab-əziyyət verilməsi bəs deyilmiş kimi döyən əməkdaşın barəsində qanuni tədbir görülməməsi bir yana, özlərini müdafiə etmələri məqsədi ilə qardaşımı inzibati məsuliyyətə cəlb etmələri hədə-qorxuları ilə şikayətindən vaz keçməsini tələb etmələri bizim Sizi narahat etmək məcburiyyətində qoydu.
Hörmətli cənab Prezident!
Yazıb Sizə bildirirəm ki,qardaşım Gülüyev Xanlar Ağasəf oğlu, Şəki rayonunda qeydiyyatda olmaqla, 2020-ci ilin ilk aylarından Qax rayon, Qıpçaq kəndində arvadı Gülüyeva Dəyanət Məmməd qızı ilə birlikdə yaşayır. Yaşadıqları müddət ərzində qardaşımın arvadı ilə birlikdə aralarında olan münaqişə ilə bağlı Qax RPİ-də araşdırma aparılıb. Bunu səmimi etiraf etmək lazımdır. Qardaşımın arvadı ilə birlikdə yaşaması onun fərdi əmək fəaliyyəti ilə bağlıdır. 18.07.2020-ci il tarixdə,qardaşımın arvadı Dəyanət Gülüyevanın şikayət ərizəsi əsasında gecə saat təxminən 04 radələrində qardaşım Xanlar Gülüyev polis əməkdaşları tərəfindən Qax RPİ-nə aparılmış. Orada qardaşımın sərxoşluğunu şifahi formada müəyyən edərək rəy verilmiş və yenidən qardaşımı Qax RPİ-nə gətirilərək orada Tərlan adlı polis serjantı və digər əməkdaşlar tərəfindən döyülərək əzab-əziyyət verilmişdir. Daha sonra isə qardaşım Xanları 4 saat müddətində azadlığını məhdudlaşdıraraq həbs etmişlər. Qax RPİ-nin saxlama yerində saxlanılmışdır. Səhər saat 10:00 da izahatı alınaraq sərbəst buraxılmışdır. Sonra qardaşım Xanlar mənə Qax RPİ-də döyülərək ona 200 dəfə sinəsini döşəməyə vurmağı (JİM) Tərlan adlı serjant tələb etdiyini, qardaşım 20 dəfə zor-güclə də olsa sinəsini döşəməyə vurduğunu, artıq edə bilmədiyini deyəndə Tərlan adlı serjantın onu yenidən döydüyünü bildirmişdir. Mən də onu Respublikaxəbər.az saytımda ictimailəşdirdim, bundan sonra Qax RPİ-nin Ramil adlı təhqiqatçısı saytda ictimailəşdirməyi dayandırmağımı və mənim Qax RPİ-nə getməyimi Xanlarla Tərlanı barışdırmağı xahiş etmişdir. Mən də həmin xahişə əsasən Qax RPİ-nə gedərək qardaşım Xanları ilk öncə hansı əsasla saxlama yerində saxlamalarını, və onu hansı əsasla döymələrinin səbəbini soruşdum. Ramil adlı Təhqiqatçı ilk öncə Xanlara Tərlanın mənəvi ziyan ödəməsi şərti ilə barışdırmağımı bildirdi, sonra onu saxlama yerində saxlamadığını bildirdi, daha sonra da onu heç kimin döymədiyini bildirdi. Xanlar saxlama yerində saxlanıldığını tam orda yaddaşında qalan nişanələrlə sübuta yetirdi. Döyülməsini isə MTE- nın rəyində bildirilib. Bundan sonra Tərlan adlı serjant, mənim tanışım olan Şəki ŞRPŞ-nin təhqiqatçısı Orxan Quliyevlə yaşadığımız Şəki rayon Baş Şabalıd kəndinə gəldilər. Orada mənə üç yüz manat pul təklif etdilər, Mən də həmin pulu onlardan götürmədim, onlar çıxıb getdilər. Sonra Ramil müəllim mənə zəng edərək Xanlar ona dəymiş maddi və mənəvi ziyan olaraq Tərlandan nə qədər istəyir deyəndə, mən dedim ki, Xanlar deyir ki, mən məhkəməyə verib, ondan maddi və mənəvi ziyan olaraq beş min manat tələb edəcəm. Mən də demişəm ki, Xanlar! nəzərə almağını xahiş edirəm, mənim dostlarımdır, aşağı endir. Xanlar da mənə dedi ki, madəm ki, dostlarındır, sən necə bilirsən elə et. Mən də Ramil adlı təhqiqatçıya dedim ki, iki min manat bəsdir. O da dedi ki, 1200 manat verirəm, mənə üç dört gün möhlət ver. Bundan sonra Tərlan vhatsapp nömrəsi ilə zəng edib yalvardı ki, şikayəti götürsün, 1200 manatı iki günə verəcəm. Mən də razılaşmadım. Həmin günü Mənə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsindən zəng daxil oldu ki, biz Qax RPİ-nə yoxlamaya gedəcəyik, qardaşına zəng edərsiz deyərsiz gəlsin ora. Mən də oldu deyərək telefonun dəstəyini asdım. Nəticə etibarı ilə 06.08.2020-ci il tarixdə DİN-dən araşdırmaya gələn əməkdaş mənə zəng etdi ki, mən saat 11 də orda olacam.Mən də qardaşıma bildirdim ki, saat 11 də orda ol. Qardaşım X.Gülüyev saat 13-ə qədər orada gözləyib, həmin vaxt qardaşım həmin əməkdaşı gözləyərkən ona yenidən Qax RPİ-nin Qıpçaq kənd ərazi Sahə rəisi polis mayoru Yaqub adlı şəxsin fiziki zor-tətbiq göstərərək onu Qax RPİ-nin İnzibati Binasına salındığı bildirdi. Belə ki, 06.08.2020-ci il tarixdə qardaşım X.Gülüyev mənimlə Telefon əlaqəsi yaradaraq bildirdi ki,Qax RPİ-nin təhqiqatçısı Ramil adlı polis əməkdaşı tərəfindən aparılmış araşdırma zamanı barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq),və 535-ci (qəsdən polis əməkdaşının qanunu tələblərini əməl etməməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qax rayon məhkəməsinə aparılır.
Hörmətli cənab Prezident!!
Müraciətimin səbəbi bundan ibarətdir ki, mən işin halları ilə tam şəkildə məlumatlıyam,belə ki, mənə məlumdur ki,18 iyul 2020-ci il tarixdə və araşdırma müddətində qardaşım X.Gülüyev polis əməkdaşının qanunu tələblərinə əməl etmiş, Xırda-xuliqanlıq maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozmamış,belə ki,18 .07.2020-ci il tarixdə qardaşım X.Gülüyev saat 04 radələrində kənd ərazisində yerləşən və işlədiyi kafedə olduğu zaman polis əməkdaşları ona polis idarəsinə getməyi təklif etdikdə,onların qanunu tələblərinə əməl edərək,onlarla birlikdə Qax RPİ-nə getmiş və orada olduğu zaman ictimai qaydanı pozmamışdır. Qax RPİ-nin təhqiqatçısı tərəfindən aparılmış araşdırmanın nəticəsi ilə bağlı qəbul edilmiş qərarın surəti qardaşım X.Gülüyevə təqdim edilməsə və ya göndərilməsə də işin hallarından hali olduğum üçün həmin qərarı və həmin qərar əsasında tərtib edilmiş inzibati protokolları əsassız və qanunsuz hesab edirəm.
Araşdırma zamanı AR-da vətəndaşların müraciətləri haqqında və AR-CP qanunvericiliyində nəzərdə tutulmuş müddəalar kobud surətdə pozulmuşdur. Qardaşım X.Gülüyevi 06.08.2020-ci il tarixdə DİN-nin əməkdaşı tərəfindən saat 11 də Qax RPİ-nə dəvət olunduğu üçün O, Qax RPİ-nə getmiş, saat 13-ə qədər həmin əməkdaşı orada gözləmiş, bu zaman O, Qax rayon Qıpçaq kənd ərazi sahə rəisi polis mayoru Yaqub adlı şəxs tərəfindən təkrar zorakılığa məruz qalmış, qolundan tutularaq Qax RPİ-nin inzibati binasına salınmış, təsir və təzyiq altında fiziki-zor tətbiqi ilə tərtib edilmiş protokollara imza etmək təzyiqinə məruz qalmışdır və haksız məsuliyyətə məruz qalacağını hiss edərək həmin yerdən kənarlaşmışdır. Bir məsələni burada özəlliklə vurğulamaq istəyirəm ki, 06.08.2020-ci il tarixdə sahə rəisi dəfələrlə qardaşım X.Gülüyevə sahə rəisi Yaqub adlı şəxsin zəng edərək onu hədələməsi ilə bağlı mən Yaqub adlı şəxsə zəng etdim, Yaqub adlı şəxs mənə bildirdi ki, sənin qardaşın burdan bu gün bilirsiz niyə qaça bildi? Dedi və özü öz sualının cavabında bildirdi ki, qoyun mayorun səhlənkarlığı ucbatından.! Bu söz artıq məni hədsiz dərəcədə qəzəbləndirdi. Azərbaycan polisi, polis mayoru, digər bir mayora (polisə) qoyun dedi? (Telefon danışığı mənim telefonumda avtomatik səs qeyd edici olduğu üçün qeydə alınmışdır). Polis əməkdaşları AR-Konstitusiyasına, AR-CM-nə,CPM-nə və İXM-də nəzərdə tutulmuş maddələri Kobud surətdə pozaraq, əsassız və qanunsuz qərarlar qəbul etmişdirlər. Onu da qeyd edim ki, qardaşım X.Gülüyevin arvadı D.Gülüyevanın şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı şikayətinin olmaması ilə bağlı,həmin vaxt əsəbi olduğunu qeyd edərək D. Gülüyeva DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyi halda araşdırma davam etdirilmişdir.
Hörmətli cənab Prezident!
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq əminəm ki,demokratik AR-da qardaşım X.Gülüyevin hüquqları AR-nın Konstitusiyası və digər qanunlarla müdafiə olunacaq və qanuna zidd əməllərə yol vermiş polis əməkdaşları barəsində qanuni tədbir görüləcəkdir.

Əvvəlcədən təşəkkür edirəm!
Hörmətlə: Zərərçəkmişin qardaşı Gülüyev Elyaz Ağasəf oğlu

Məktubun surətləri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə;
Azərbaycan Respublikasının baş prokurou cənab Kamran Əliyevə;
Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik cənab Vilayət Eyvazova;
Azərbaycan Respublikasının İnsaq Hüquqları üzrə müvəkkilinə; göndəriləcəkdir. dle
The name of the Nike logo cheap nike shoes is very auspicious in the eyes of Westerners, and it is easy to read and remember, and can be called very loudly. The cheap nike shoes trademark symbolizes the feathers on the wings of the Greek goddess of victory, representing speed, but also dynamic and gentle. The Nike logo of the cheap nike shoes company has a small hook with a concise and powerful shape, which is as anxious as lightning. At first glance, it reminds people of the speed and explosive power of using cheap nike shoes sporting goods.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: