Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

06 Avq 12:02Olke

Bakıda yeni məktəb binaları inşa olunur

Bakıda yeni məktəb binaları inşa olunur


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki səkkiz ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin, ehtiyac olan ərazilərdə altı yeni məktəb inşa olunur.

İdarədən verilən məlumata görə, onlardan üçünün tikinti işləri artıq yekunlaşmaq üzrədir.

Qeyd edilib ki, hazırda 205 və 154 nömrəli tam orta məktəblərin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi davam edir.

Həmçinin, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi aparılır.

Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: