Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

03 Avq 18:03Olke

Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA

Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA


“Bütün çimərliklərə məsul şəxslər təhkim olunub. Digər tərəfdən, çimərlik operatorları tərəfindən müəyyən şəxslər ayrılıb ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirsinlər”.

Respublikaxəbər.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlarla maarifləndirmə işləri aparılır:

“Çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, yazılı məlumatlarla yanaşı, səsli məlumatlar da veriləcək. Çimərliklərdə işarələnmə, nişanlanma işləri aparılıb ki, insanlar gələrkən sosial məsafəni qorusunlar.

Dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının daşınması üçün kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyəcək. Artıq xüsusi qruplar ayrılıb və xüsusi təlimat alıblar. Bütün çirməliklərdə məişət tullantılarının və tibbi maskaların atılması üçün konteynerlər gətirilib”.

O qeyd edib ki, qaydalara riayət edilməlidir:

“İnsanlar elə düşünməsin ki, çimərliklərə icazə verilibsə, təhlükə sovuşub və rahat davrana bilərlər. Təhlükə davam edir, qaydalara ciddi riayət edilməlidir”.




Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: