Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

01 Avq 15:45Olke

Qafqaz Müsəlmanlar İdarəsinin 10 nəfər səlahiyyətli nümayəndəsi mükafatlandırıldı

Qafqaz Müsəlmanlar İdarəsinin 10 nəfər səlahiyyətli nümayəndəsi mükafatlandırıldı
Qafqaz Müsəlmanlar İdarəsinin 10 nəfər səlahiyyətli nümayəndəsi mükafatlandırıldı
Qafqaz Müsəlmanlar İdarəsinin 10 nəfər səlahiyyətli nümayəndəsi mükafatlandırıldı


Respublikaxəbər.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi ilə Tovuz döyüşlərinə həsr olunmuş birgə videomüşavirə keçirilib. Həmin tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin 10 nəfər səlahiyyətli nümayəndələri, (bölgə qazıları) mükafatla təltif olunublar.
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Qurban bayramı ərəfəsində ölkəmizdə dini dəyərlərin təbliği, məzhəblərarası münasibətlərin gücləndirilməsi və mənəvi mühitin qorunub saxlanılmasında səmərəli fəaliyyətinə görə bir qrup din xadimi mükafatlandırıb. Mükafatlananlar Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvləri,
1. Bakı bölgə qazisi Bəhruz Əzizov
2. Qəbələ bölgə qazisi Ceyhun Rüstəmov
3. Qazax bölgə qazisi İlham Süleymanov
4. Qafqaz Müsəlmanlar İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Səlimov
5. Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi Nəriman İbayev
6. Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov,
"Heydər" məscidinin din xadimləri Rüfət Qarayev və Hafiz Abbasov, Tərtər şəhər "Cümə" məscidinin imamı Sadiq Cəfərov, Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidinin imamı Ramin Rəhimlidir.
Onu da qeyd edək ki, Müşavirə zamanı şeyx həzrətləri Nəsimi rayon üzrə səlahiyyətli nümayəndə Hacı İlham Səlimovun babasının çox xeyirxah bir insan olduğunu vurğulayıb. Bəli elə atadan da Dostumuz Hacı İlham Səlimov kimi insan yetişməli idi və yetişib də. Hacı İlham haqqında o qədər xoşməramlı mövzular bəhs etmək olar ki, daha nə qədər. Ona ,saytlar, saatlar və günlər bəs etməz! Hacı İlham hər bir əməli ilə insanlara özünü sevdirməyi bacarır. Onun gözəl moizələri, gözəl qiraəti insanı heyran edir.
Hacı İlhamın ən xoşumuza gələn xüsusiyyətlərindən biri odur ki, O, moizələrində insanlara elə açıqlama verir ki, həm islam şəriyyətinə uyğun olaraq zarafat,gülümsəmə yolu ilə tam insanlara çatdıra və islam dinini sevdirə bilir.
Biz redaksiyamız adından adları qeyd olunan səlahiyyətli nümayəndələri mükafata layiq görülmələri səbəbi ilə təbrik edirik, daha uca məqamlar arzulayırıq. İslam dininin inkişafında həmin şəxslərin yüksək səviyyədə xidmətlərinə, əməyinə görə onlara dərin təşəkkürümüzü bildiririk.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi