Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

31 İyl 20:09Olke

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı


“10 günlük missiya Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsini və test strategiyasının gücləndirilməsini tövsiyə edir”.

Respublikaxəbər.az-ın məlumatına görə, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, bu həftə ÜST-ün COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir:

“Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərindən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi”.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: