Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

30 İyl 23:42Olke

Öldü deyərək əlimizi üzdüyümüz əzizimizi bizə qaytaran həkim Qalib Əsədov.

Öldü deyərək əlimizi üzdüyümüz əzizimizi bizə qaytaran həkim Qalib Əsədov.


Respublikaxəbər.az-a fikir bildirən tanınmış həkim Qalib Əsədov deyir ki,
Mən düşünürəm ki, karantin rejiminin yumşaldılması hal-hazırda mütləqdir, lazımdır. Bir dənə avqust ayı qalıb. Əgər avqust ayında insanlar lazımınca istirahət edə bilməsələr, rayona gediş-gəliş açılmasa, çimərliklər açılmasa, payız aylarında bizi immun sistemi aşağı düşdükcə daha böyük fəlakətlər gözləyə bilər.

Sosial məsafə, maska normalarını tələb edərək insanların istirahət hüququnu qaydasına qoymaq olar. Eyni zamanda virusun mutasiya edərək aqressivliyinin yumşaldığını görürük. Koronavirus əvvəlki kimi daha aqressiv deyil, daha çox can almır. Əksinə, ayaqüstü keçirən xəstələrin sayı həddindən çoxdur, evdə asimptomatik (simptomsuz) keçirən xəstələrin sayı həddindən artıq çoxdur. Bu, bizə onu deməyə əsas verir ki, karantin rejimi ehtiyatla yumşaldılmalıdır. İnsanlar rayona gedib-gəlməlidirlər. Məsələn, bu gün xarici dövlətlərə getmək mümkündür. İnsan test verir, əgər onda koronavirus yoxdursa, dünyanın istənilən ölkəsinə gedə bilər, amma burdan-bura rayona getməyə icazə vermirlər.

İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək, necə ki, SARS, MERS virusları getdi

İmmun sistemini gücləndirmək üçün, "D" vitamini balansını düzəltmək üçün çimərliklər açılmalıdır, istirahət məsələsi həll edilməlidir və virus get-gedə yumşalmağa doğru gedir, nəticədə kollektiv immunitet əmələ gəlməlidir. İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək və bizlə, bizim orqanizmimizlə birlikdə yaşamağa artıq öyrəşəcək. Necə ki, bundan əvvəl SARS virusu elə oldu, necə ki, bundan əvvəl MERS virusu elə oldu

Tovuzda erməni təxribatı ilə bağlı ölkədə keçirilən kütləvi aksiyalarda heç bir sosial məsafə gözlənilmədi, heç bir qaydalara riayət olunmadı. Artıq o hadisədən 2 həftədən artıq vaxt keçib və biz indi koronavirusa yoluxanların sıçrayışla partlayışlarını görməli idik, amma görmürük, əksinə azalmasının şahidiyik. Bu, o deməkdir ki, insanlarda kollektiv immunitet əmələ gəlməkdədir. Ona görə də bu karantin tədbirləri yumşaldılmalıdır.
Qalib doktoru biz bu gün deyil, uzun illərdir tanıyırıq. Öldü deyərək əlimizi üzdüyümüz bir insanı yenidən bu dünyaya qaytarmağının şahidi olmuşam.Ona görə də onun dediklərinə tam inanaraq ictimailəşdirmişik. Qalib doktor haqqında bizim kiçicik məqaləmiz bəs etməz. Daha ətraflı sonralarda Sizlərə çatdıracağıq.Ona görə də onun dediklərinə tam inanaraq, Sizinlə bölüşməyi özümüzə bir borc bildik.



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi