Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

18 İyl 19:03Olke

Zakir Həsənovla Sergey Şoyqu arasında telefon danışığı olub

Zakir Həsənovla Sergey Şoyqu arasında telefon danışığı olub

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.
Bununla bağlı Müdafiə Nazirliyinə istinadən Respublikaxəbər.az məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər.

Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər, həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu general-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib.
Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan - Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: