Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

14 İyl 16:15Olke

Sərtləşdirilmiş karantin günlərində Bakıdan Şəki şəhərinə ezam olunmuş yorulmaz tədqiqatçı, fədakar baş redaktor Elyaz Gülüyev

Sərtləşdirilmiş karantin günlərində Bakıdan Şəki şəhərinə ezam olunmuş yorulmaz tədqiqatçı, fədakar baş redaktor Elyaz Gülüyev
Sərtləşdirilmiş karantin günlərində Bakıdan Şəki şəhərinə ezam olunmuş yorulmaz tədqiqatçı, fədakar baş redaktor Elyaz Gülüyev

Son aylar ərzində dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda yüksək səviyyədə təşkil olunub. Belə ki, görülmüş tədbirlər birinci növbədə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsində özünü büruzə verdi....
Ölkəmizdə də öz təsirini göstərmiş və göstərməkdə davam edən koronavirus pandemiyası dövründə polisin üzərinə düşən ağır vəzifələr bu gün də yüksək peşəkarlıqla və vicdanla icra olunur, vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi, habelə onların bu ağır şəraitdə sağlamlığının qorunması üçün polis əməkdaşları əllərindən gələni əsirgəmirlər.
Bu dönəmdə “Respublikaxeber”.Az portalının baş redaktoru paytaxtdan Şəki rayonun Baş Layisqi və Qoxmuq adlı kəndlərinə ezam olunmuş və onlara bu çətin karantin günlərində öz mənəvi dəstəyini əsirgəməmişdir.
DIN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Respublikaxeber”.Az-a verilən məlumata görə, Şəki rayonun Baş Layisqi və Qoxmuq adlı kəndlərində elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Şəki Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini tənzimləyən qaydalara riayət olunmasına ölkə boyu nəzarətin həyata keçirilməsinə bütün şəxsi heyətimiz səfərbər olunub.
Daxili işlər orqanlarının əməkdaşları, sıravisindən ali rəis heyətinədək hər biri mart ayından etibarən gücləndirilmiş iş variantında və bundan irəli gələn gərgin iş rejimində çalışır.
Digər tərəfdən, bildiyimiz kimi, hərəkət məhdudiyyətlərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Bu halların müəyyənləşməsi üçün yol-patrul, post-patrul xidmətlərinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları davamlı tədbirlər görürlər.
Qeyd edək ki, Paytaxtda və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan digər inzibati ərazilərdə əhalinin sıx olduğu yerlər tam nəzarətə götürülüb.
Belə ki, inspektorlar tərəfindən rayon ərazisində qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür.
Lakin, xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar.
“Respublikaxeber”.Az portalı olaraq nəzərinizə çatdıraq ki, Şəki rayonun Baş Layisqi və Qoxmuq adlı kəndlərində Polis əməkdaşları həyatlarını bəzən infeksiyaya yoluxma risqi altına qoyur, paytaxtda və bölgələrdə, o cümlədən müvəqqəti postlarda məlum qaydaların təmini və qarşıya qoyulmuş xidməti tapşırıqların icrası üçün yorulmadan səy göstərirlər.
Onu da bildirim ki, Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, xidməti avtomobillərdə olan xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər.
Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Elan edilmiş rejim qaydalarını pozan şəxslər aşkarlandıqda isə həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd edək ki, görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.
Ötən günlərə nəzər salsaq...Bakıda karantin rejimi sərtləşdirildi, küçələrə çıxış dayandırıldı, hətta marketlər və apteklər belə işləmədi. Bütün bu məhdudlaşdırıcı tədbirlərə də, təbii ki, polis əməkdaşları nəzarət etməli idi və etdi. Özü də kifayət qədər nizam-intizam, qanunun tələbləri gözlənildi.
Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmadı. Bəzi hallarda ciddi ehtiyac duyanlara kömək əli uzadıldı.
Bu ağır günlərdə Azərbaycan xalqının bir hissəsi olan polis işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Bununla yanaşı , şübhəsiz ki, karantin rejimini pozduğuna görə cərimələnənlər də oldu. Amma bu, polisdən narazılıq yaranmasına səbəb ola bilərmi? Əlbəttə, yox. Hesab edirəm axı, son məqsəd heç də kimisə cərimələmək de¬yil, insanlarımızın sağlamlığını qorumaq idi!
Kimsə nə vaxtsa eşitdimi ki, polis əməkdaşı rejim qaydalarına əməl edən bir kimsəyə qarşı başqa cür davra¬nıb? Təbii ki, yox!
Gəlin bir anlıq etiraf edək ki, Nazirlər Kabinetinin müvafiq qərarının icrasına nəzarət etməli olan polis əməkdaşlarımız öz işlərinə məsuliyyətsiz yanaşsay¬dılar, Azərbaycanda yoluxan¬ların sayı Çinin Uhan şəhərini keçərdi.
Əlbəttə, biz vətəndaşlar gecə-gündüz, istidə-soyuqda şəhərlərimizin küçələrində, avtobuslarda, metro stansiyala¬rında çalışan polislərin əməyinə düzgün qiymət verməliyik. Biz onların zəhmətini itirə bilmərik.
“Respublikaxeber”.Az portalı olaraq deməliyik ki, pandemiyanın ilk günlərindən polislərimiz fədakarlıq göstəriblər. Onların bu olduqca geniş və gərəkli xidmətinə kölgə salmağa heç kəsin haqqı yoxdur.
Necə deyərlər, “mənim polisim məni qoruyur!” Bu, həmişə belə olub və belə də olacaq!


Daha ətraflı video reportajda.





Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: