Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 İyl 11:03Olke

Karantin rejimi qaydalarını pozan 220 nəfər cərimələnib - VİDEO

Karantin rejimi qaydalarını pozan 220 nəfər cərimələnib - VİDEO

Mingəçevir şəhərinin küçə, prospekt və parkları boş qalıb. Sakinlərin daha çox toplaşdığı çayxanalar, alış-veriş məkanları bağlıdır.
Şəhərin giriş-çıxışlarında qurulan nəzarət postlarında polislər sürücü və sərnişinlərin icazələrinin olub-olmamasına nəzarət edir. Yoxlamalar zamanı həm piyada, həm də sürücülər arasında icazə almadan şəhərə çıxanlar aşkarlanıb. Onlardan bəziləri isə qaydaları pozaraq, sərnişin daşımağa cəhd göstərib.

Mingəçevir sakinlərinin əksəriyyəti karantin rejiminə ciddi əməl etməyin vacib olduğunu deyir. Artıq küçədə, avtomobillərdə maska taxmayanlara, demək olar ki, rast gəlinmir.

Qeyd edək ki, şəhərdə sərt karantin rejimi tətbiq edilən səkkiz gün ərzində 220 qayda pozucusuna İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq edilib. Bir nəfər inzibati qaydada həbs edilib.

Daha ətraflı Baku TV-nin süjetində:


[media=http://baku.tv/embed/21708]



Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: