Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 İyl 10:47Olke

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Vüqar Sadıqovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Vüqar Sadıqovla vida mərasimi keçirilir - FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Vüqar Sadıqovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

APA-ya istinadən Respublikaxəbər.az-ın məlumatına görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göycəli kəndinə aparılıb. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Həmçinin iyulun 13-nə keçən gecə ərzində də həmin ərazidə gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: