Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 İyl 11:13Olke

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son aylarında isə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemi (ümumilikdə 21 e-təyinat sistemi) işə salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya istinadən Respublikaxəbər.az-a verilən məlumata görə, cari ilin 1 iyul tarixinə olan məlumata əsasən, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 25100 nəfərə e-qaydada pensiya, 60 min şəxsə e-qaydada müavinət və təqaüd təyin olunub.

Qeyd edilən e-təyinat sistemləri vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman onlara proaktiv qaydada xidmət göstərməyə imkan yaradıb. Nəticədə həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi