Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

01 İyl 17:50Olke

Bu il əlilliyi olan 3908 nəfər reabilitasiya vasitələri ilə təmin edilib

Bu il əlilliyi olan 3908 nəfər reabilitasiya vasitələri ilə təmin edilib

Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3908 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

Nazirlikdən APA-ya istinadən Respublikaxəbər.az-a verilən məlumata görə, onlardan 612 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 193 əlil arabası, 437 aşağı və yuxarı ətraf, habelə döş protezi, 516 aşağı və yuxarı ətraf ortezi, 3444 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 92 korset, 937 cüt protez ayaqqabı, 1070 cüt ortopedik ayaqqabı, 427 dördayaqlı dayaq vasitəsi verilib.

Əlilliyi olan şəxslər həmçinin 1113 qoltuqaltı və dirsəkaltı ağac, 1241 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, 2020-cu ilin yanvar-iyun aylarında Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 11006 reabilitasiya vasitəsi verilib.

Bu sahədə səyyar xidmətlərin göstərilməsi işi xüsusi rejimli karantin müddətində daha da gücləndirilərək geniş miqyas alıb və qeyd edilən reabilitasiya vasitələri bir çox əlilliyi olan şəxslərə evlərinə aparılaraq təqdim edilib.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi