Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

29 İyn 16:21Olke

Deputat dünya dövlətlərinin İlham Əliyevə dəstək verməsindən qürur duyur

Deputat dünya dövlətlərinin İlham Əliyevə dəstək verməsindən qürur duyur

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünyaya olan bir çağırışdır və 130-dan çox ölkə bu təşəbbüsü dəstəklədi”.

Bunu Respublikaxəbər.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Bu ilin mayın 4-də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə Toplantısında bütün dünya dövlətlərini koronavirus pandemiyası ilə mübarizədə həmrəyliyə çağırmışdı.

İyunun 27-də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb.

Sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

E.Məmmədov qeyd edib ki, Prezidentin təşəbbüsünə dünya miqyasında dəstək verilməsindən qürur duyur.

Millət vəkili dövlətlərin Prezidentin çağırışına dəstək verməsi Azərbaycan dövlətinin beynəlxalq aləmdə olan nüfuzundan, hörmətindən xəbər verir.

“Hesab edirəm ki, bu təşəbbüs müsbət nəticə verəcək və xeyrimizə işləyəcək”, - deyə E.Məmmədov əlavə edib.

Deputat onu da xatırladıb ki, koronavirus pandemiyası başlayandan Prezident bir neçə dəfə dünya miqyaslı tədbirlərin keçirilməsinə nail olub.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: