Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

29 İyn 12:13Olke

Deputatlar tibbi maska taxmamağa görə cərimələrin iki dəfə artırılmasına səs verdilər

Deputatlar tibbi maska taxmamağa görə cərimələrin iki dəfə artırılmasına səs verdilər

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Oxu.Az-a istinadən Respublikaxəbər.az-ın məlumatına görə, dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək.

Məcəllənin hazırkı variantına əsasən (211.2-ci maddə), bu tələblərin pozulmasına görə fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Layihədə bildirilir ki, əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat məbləğində cərimələnəcək.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: