Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

28 İyn 21:08Olke

DİN-i Vilayət Eyvazovu Jurnalist Elyaz Gülüyev doğum günü münasibəti ilə təbrik etdi

DİN-i Vilayət Eyvazovu Jurnalist Elyaz Gülüyev doğum günü münasibəti ilə təbrik etdi


Bu gün AR-nın DİN-i General Polkovnik cənab Vilayət Eyvazovun doğum günüdür!
Doğum günü münasibəti ilə Respublikaxəbər.az İnformasiya-Xəbər Portalının rəhbəri Elyaz Gülüyev cənab Naziri təbrik edib.
Təbrikdə deyilir:
Əziz və hörmətli cənab Nazir!
Bu gün sizin doğum gününüz olması nəzərimdən qaçmayıb. Sizi doğum gününüz münasibəti ilə təbrik etməyi özümə böyük bir şərəf bilirəm. Siz hər zaman mənim qəlbimdəsiniz. Sizi unuda bilmərəm. Ona görə ki, hər zaman hər hansı bir polis məmuru tərəfindən hüquqlarım pozulduğu zaman Sizə güvənib, Sizdən imdad istəmişəm və hüquqlarımın bərpasında hər zaman mənə dayaq durmusunuz. Sizin DİN-nin rəhbəri vəzifəsinə təyin olunmağınızla mən fəxr edirəm.
İnanıram ki, bu gündən sonra da Siz hər zaman olduğu kimi hüquqlarımızın pozulmaması üçün qayğınızı bizdən əsirgəməyəcəksiniz.
Ona görədə Sizə uzun, xeyirli ömür və uca məqamlar arzulayıram.
Nə yaxşı ki, varsınız! Var olasınız!
Çünki Siz var olduğunuz müddətcə Azərbaycan polisinin fəaliyyətinin yüksək səviyyədə davam etməsinə əsla şübhəmiz olmayacaq.
Doğum gününüz münasibəti ilə təbrik edirəm.

Eyvazov Vilayət Süleyman oğlu

Azərbayсan Respublikasının Daxili İşlər naziri general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu

1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.
Allahdan ömrünə bərəkət arzulayırıq. özünə və övladlarına can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayırıq.


Hörmətlə: Vətəndaş
Respublikaxəbər.az İnformasiya Xəbər Portalının təsisçi və baş direktoru


Elyaz Gülüyev dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: