Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 İyn 19:23Olke

Getdiyi tədbirdə koronavirusa yoluxduğu deyilən həkim qızı: “Əmin olmadan belə məlumatlar yaymaq doğru deyil”

Getdiyi tədbirdə koronavirusa yoluxduğu deyilən həkim qızı: “Əmin olmadan belə məlumatlar yaymaq doğru deyil”

Bir neçə gün öncə koronavirusa yoluxan tanınmış, peşəkar həkimlərdən olan onkoloq-cərrah Namazov Fikrət Rauf oğlu vəfat edib. Sosial şəbəkələrdə yayılan bu xəbər onu tanıyan hər kəsi dərindən sarsıtdı. Artıq altı gündür vəfat edən həkimin hansı şəraitdə koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar isə onun yaxınlarını daha çox narahat edir.

F.Namazovun karantin qaydalarına əməl etmədiyi və məsuliyyətsizliyə yol verməsi səbəbindən COVID-19-a yoluxduğuna dair yayılan məlumatlarla onun ailə yaxınları razı deyil.

O bildirib ki, atasının koronavirusa hansısa tədbirdə (ad günündə, insanlarla təmasdan və s.) yoluxduğuna dair məlumatlarla razı deyillər:

“Bu gün pandemiya ilə yalnız Azərbaycan deyil, bütün dünya ölkələri mübarizə aparır. Heç kəs bu virusdan sığortalanmayıb və harada, nə zaman, hansı şəraitdə bu virusa yoluxacağımızı təxmin edə bilmərik.

Bu istiqamətdə heç kim 100 faiz əminliklə məlumat verə bilməz. Atam özünü həkimliyə qurban verən insan olub. Bunu mən yox, bütün onu tanıyan həmkarları, hətta xəstələri deyir. Bu prizmadan yanaşmaq, əmin olmadan bu cür məlumatlar yaymaq doğru deyil, bu, bizim ailəmizi çox incitdi.

Bu gün ölkənin tanınmış simaları, bir çox həkimlər, körpələr, hətta TƏBİB rəsmilərinin yaxınları arasında da bu virusa yoluxanlar var. Onda deyə bilərik ki, onlar da məsuliyyətsizlikdən, karantin qaydalarını pozduqları üçün virusa yoluxublar?

Axı belə açıqlamalar vermək olmaz. Onların hansı şəraitdə yoluxduqlarına dair müzakirələr getmirsə, F.Namazov kimi bir həkimin COVID-19-a tutulması ilə bağlı bu qədər yersiz müzakirələr aparmaq nəyə lazımdır?

Mənim atam pandemiyadan öncə də, bu dövrdə də gigiyena qaydalarına ciddi riayət edən və hər kəsi də sağlamlığının qeydinə qalmağa səsləyən insan olub. İctimai yerlərdə sosial məsafələri qoruyub, qoruyucu vasitələrdən istifadə edib.

Birmənalı olaraq istər vətəndaş kimi, istərsə də həkim kimi zəruri qaydalara riayət edib. Lakin, təəssüf ki, amansız xəstəlik onu da tutdu. F.Namazov bu xəstəliyə harada, necə, hansı şəraitdə yoluxub istiqamətində ehtimallar səsləndirmək olar.

Mən bunu başa düşə bilərəm. Bu ehtimallardan biri də atamın xəstələri ilə ünsiyyət zamanı, onları müalicə edəndə virusa yoluxmasıdır. Mən çox böyük əminliklə qeyd edə bilərəm ki, F.Namazov karantin qaydalarına ciddi riayət edən şəxslərdən olub.

O, bunu ilk növbədə özü və ailəsi üçün, digər tərəfdən isə ona ehtiyacı olan yüzlərlə xəstəsi üçün edirdi. Xahiş edirəm bütün həyatını peşəsinə adayan, ləyaqətlə xalqına xidmət edən həkimi məsuliyyətsizliklə ittiham etməsinlər”.

A.Namazlı onu da əlavə edib ki, karantin dövründə təşkil edilən yığıncaqlara getmədiyi üçün F.Namazovdan küsən insanlar da olub:

“Bir neçə dəfə atamı müəyyən tədbirlərə, yığıncaqlara dəvət etdilər. O isə bunun riskli olduğunu deyib imtina etdi. Bilmədən daşıyıcı olan şəxslərdən bu xəstəliyə yoluxma ehtimalının olduğunu deyib, özünü qoruyurdu.

Ən əsası, müayinə etdiyi onkoloji xəstələri düşünürdü ki, bilmədən yoluxsa, xəstələrinin həyatını da riskə ata bilər. Pandemiya elan olunan gündən atam bizə deyirdi ki, koronavirus xəstələri arasında onkoloji xəstələr olarsa, bütün risklərə baxmayaraq, onların müalicəsi üçün ora gedəcək.

Xahiş edirəm, onun ruhunu incidəcək qeyri-dəqiq açıqlamalar verilməsin. Atam Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının həkimi, onkoloji fakültənin dosenti idi. ATU-nun mətbuat xidmətinin məsələyə verdiyi açıqlamada F.Namazovun doğmaları ilə birlikdə hansısa tədbirdə iştirak etməsi və oradakı şəxslər arasında COVID-19 testinin müsbət (pozitiv) çıxması səbəbindən xəstəliyə yoluxmasının qeyd olunması məni çox incitdi.

Bunu ehtimal kimi desəydilər, təsir etməzdi. Lakin bu qədər əminliklə bu cür məqamı qeyd etmək doğru deyil. F.Namazov kimi həkimi bu cür məsuliyyətsizlikdə ittiham etmək onun ruhuna hörmətsizlik və ailəsinə böyuk zərbədir. Xahiş edirəm, belə məqamlara hər kəs həssas yanaşsın”.

Xatırladaq ki, iyunun 19-da Azərbaycan Tibb Universitetinin mətbuat xidməti Universitetin Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yayılan informasiyaların yanlış olduğunu deyib.

Göndərilən məlumatda mərhum həkim Fikrət Namazovun klinikada deyil, doğmaları ilə birlikdə iştirak etdiyi tədbirdə yoluxduğu qeyd olunub.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi