Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 İyn 19:16Olke

Cəlal İsayev: “Düşünək ki, hər birimiz koronavirusa yoluxacağıq”

Cəlal İsayev: “Düşünək ki, hər birimiz koronavirusa yoluxacağıq”

“Bəlkə də, Rusiyada koronavirusa qarşı vaksin hazırlana bilər”.

Oxu.Az-a istinadən Respublikaxəbər.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Real” TV-yə müsahibəsində deyib.

O bildirib ki, mövcud dövrdə Rusiya səhiyyəsi kifayət qədər güclüdür:

“Biz həmişə Rusiya elmi ilə inkişaf edib, onlardan dəstək almışıq. İnanıram ki, bu istiqamətdə Rusiyada bir çox təcrübələr aparılıb. Virus xəstəlikləri üçün vaksinlərin hazırlanması uzun müddət tələb edir.

Hazırlansa da, bir çox sınaqlardan keçirilməlidir ki, insan orqanizminə heç bir zərər vurmayacağı dəqiqləşdirilsin. Yalnız bundan sonra kütləvi istifadəsinə icazə verilə bilər. Ən yaxşısı isə yenə də insanların bu xəstəliyə yoluxmamaq üçün karantin qaydalarına əməl etməsidir.

Bu xəstəlik “SaRS-1” virusu kimi bir anda yox ola bilər. O virus bir il epidemiya kimi davam etdi və sonra təmizləndi. Ya da düşünək ki, hər birimiz koronavirusa yoluxacağıq. Bunu düşünməkdənsə, yoluxan insanların sayının azalmasına dəstək olaq.

Mən buradan hər kəsə müraciət edirəm və xahiş edirəm ki, xəstəliklə mübarizədə bir olaq. Bu gün dövlətin məqsədi insanların sağlamlığını qorumaqdır”.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: