Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 İyn 14:15Olke

Sumqayıtda uçqun olan binadakı məcburi köçkünlər yeni evlərə köçürüləcək - RƏSMİ

Sumqayıtda uçqun olan binadakı məcburi köçkünlər yeni evlərə köçürüləcək - RƏSMİ Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verən uçqunda xəsarət alanlar evə buraxılıb.

Bu barədə Oxu.Az-a istinadən Respublikaxəbər.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərin 12-ci mikrorayon ərazisində Çerkassı və Koroğlu küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb:

“Belə ki, beş ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

Xatırladaq ki, ötən gün Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində dağıntılar altında qalanların olduğu bildirilib. Ərazidən dördü azyaşlı olmaqla, beş nəfərin təxliyyə olunduğuna dair məlumatlar qeyd olunub.


Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: