Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

10 İyn 12:10Olke

AzTV-nin bir neçə əməkdaşı koronavirusa yoluxub?

AzTV-nin bir neçə əməkdaşı koronavirusa yoluxub?AzTV-nin əməkdaşları arasında koronavirusa yoluxanların olduğu deyilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, televiziyanın “Xəbərlər” departamentinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.

Onlardan bəzilərində COVID-19-la bağlı götürülən test nümunələrinin cavabı müsbət (pozitiv), bəzilərində isə mənfi (neqativ) olub.

Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb. Onların cavabları hələlik bəlli deyil.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

“Bu mövzu ilə bağlı bir neçə media nümayəndəsi mənimlə əlaqə saxlayıb. Onlara da bildirmişəm ki, AzTV-nin əməkdaşlarından bir operator koronavirusla bağlı karantinə alınıb.

Ümumiyyətlə, əməkdaşlarımızdan çəkilişə getməzdən əvvəl analizlər götürülüb, müvafiq yoxlamalar aparılıb. Karantinə alınan operatorumuzdan başqa, digər əməkdaşların koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.


Elyaz Gülüyev dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: