Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 May 16:40Olke

Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı daha da artıb

Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı daha da artıb
Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalmağa başlayıb. Əksər ailələrə nəzər saldıqda 1, 2, maksimum 3 uşağının olduğunu müşahidə edirik. 4-5 uşaqlı ailələrə isə çox nadir hallarda rast gəlirik.
2018-ci ildə rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən 118 min 226 uşaq doğulub. Lakin ölkəmizdə rəsmi nikah olmadan dünyaya gələn körpələr də var, onların sayı 20 min 716-dır. Ümumilikdə həmin ildə 138 min 982 diri körpə doğulub. 2005-2015-ci illərin statistik rəqəmlərinə nəzər saldıqda bu gün uşaqların sayında həmin onilliklə müqayisədə minlərlə azalmanın olduğunu açıq şəkildə görə bilərik.

Lakin maraqlı bir məqam var. Belə ki, 2005-ci ildən 2012-ci ilədək körpələrin sayında artma trendi kəskin şəkildə müşahidə edilib. 2012-2017-ci illərdə isə hər il doğulanlar 2018-ci illə müqayisədə çox olsa da, özündən əvvəlki illə müqayisədə az olub. Belə olan halda 4-5 uşaqlı ailələr də təbii olaraq daha da azalıb. Məsələn, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açıb. 2015-ci ildə say azalaraq 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə düşüb. Bildirək ki, bu dövr ərzində ən çox doğuş 20-24 və 25-29 yaş qrupu aralığındakı qadınlarda müşahidə edilib.

Mütəxəssislər kəskin azalmaya səbəb olaraq boşanmaların sayının artmasını göstərirlər. Əslində, haqsız da sayılmazlar. Belə ki, 2018-ci ildə ölkəmizdə 62 min 484 nikah qeydə alınıb. Təəssüf ki, elə həmin ildə 14 min 857 ailə müxtəlif səbəblərdən dağılıb. Heç təsadüfi deyil ki, ən çox boşanma 25-29 və 30-34 aralığındakı yaş qrupuna daxil olan insanlar arasında baş verib. Çünki ölkəmizdə gənc ailələrin dağılması daha çox müşahidə olunur. Ötən ilin yanvar-noyabr ayları ərzində isə qeydiyyat şöbələri tərəfindən 58 317 nikah və 15 635 boşanma halı qeydə alınıb. Yəni evlənənlərin sayı azalıb, boşanmaların sayı isə daha da artıb. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: