Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

23 May 10:40Olke

Bu gündən Azərbaycanda 8 gün iş olmayacaq

Bu gündən Azərbaycanda 8 gün iş olmayacaq

Bu gündən etibarən Azərbaycanda 8 gün ərzində qeyri-iş günü olacaq. Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

TƏBİB-dən verilən məlumatda bayram günlərində əhalinin karantin rejiminə əməl etmələri, sosial məsafə gözləmələri, zərurət olmadıqca evdən çıxmamaları, bayram ziyarətlərinə getməmələri tövsiyə edilir.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. Qeyd edək ki, 24 - 25 may – Ramazan bayramı, 28 May isə Respublika Günüdür. 24 may tarixi həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi də qeyri-iş günü hesab olunur. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: