Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 May 09:20Olke

Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA

Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA


Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün tutduğu vəzifədən azad edildi.

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyatdan sonra nazirin istefaya göndəriləcəyi gözlənilən idi. Əməliyyatın nəticəsi olaraq Əbülfəs Qarayevin müavini Rafiq Bayramovun və nazirliyin digər yüksək vəzifəli şəxslərin həbsi nazirin istefasını gündəmə gətrimişdi. Hətta ictimai müzakirələrdə onun da məsuliyyətə cəlb olunması təklif edilirdi.

Əbülfəs Qarayev uzun müddət yüksək vəzifə daşıyan məmurlardan biri idi. O 1994-cü ildən nazir postunda əyləşirdi. Bu gün onun 26 illik karyerasına son qoyuldu.

Əbülfəs Qarayevin işdən çıxarılması həm də diqqəti Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yönəldib. Mədəniyyət Nazirliyi ilə DSX arasında fəaliyyət sahələri fərqli olsa da, Əbülfəs Qarayevlə Elçin Quliyev təxminən oxşar vəziyyətlə üzləşiblər. Yəni, DSX-da da xüsusi əməliyyat keçirilib və Elçin Quliyevin müavini general-leytenant Əfqan Nağıyev həbs edilib. İctmaiyyət eyni yanaşmanı bu məsələdə də sərgiləyərək Elçin Quliyevin ən azı istefaya göndərilməli olduğuu bildirir. Bu baxımdan, ehtimal olunur ki, Əbülfəs Qarayevdən sonra Elçin Quliyev də istefaya göndərilə bilər. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: