Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

20 May 12:00Olke, Iqtisadiyyat

Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ

Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemində əmək qanunvericiliyi və onun tətbiqi məsələləri ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlər yerləşdirilir.

Nazirlikdən verilən məlumata görə, məqsəd bu sahədə işəgötürənlərin maariflənməsi və əmək qanunvericiliyinin tətbiqi sahəsində onlara köməkliyin göstərilməsidir. Bir sıra hallarda işəgötürənlər tərəfindən Nazirliyə və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular sahibkarların bu sahədə məlumatsızlığını göstərir.

Fəaliyyətlərində hər hansı qanun pozuntusu aşkarlandıqda da, bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar.

Ona görə də Nazirlik işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemində yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edir. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: