Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

22 Yan 21:11Olke, Bolge-Xeberleri, Dunya

DÜNYA SİYASƏTİNİN HEYDƏR ƏLİYEV ZİRVƏSİ

DÜNYA SİYASƏTİNİN HEYDƏR ƏLİYEV ZİRVƏSİ[/center]

Böyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər: "Dağ boyda kişi", "dağ cüssəli igid", "dağ vüqarlı oğul" və sair və ilaxır. Belə el deyimlərinin, bədii təşbeh və oxşatmaların təsirindəndirmi, yaxud nədəndirsə, harada əzəmətli dağ, başı qarlı uca zirvə görürəmsə, ilk növbədə gözlərim önünə xalqımızın qəhrəman oğulları, müdrik rəhbərləri, igid sərkərdələri, korifey sənətkarları, ən məşhur elm və mədəniyyət xadimləri... gəlir, özlüyümdə bənzətmə aparıram. Kimisini Azərbaycanımızın güneyindəki Savalana, kimisini qüzeyindəki Bazar düzünə, Baba dağına, kimisini Türkiyədəki Ağrı dağma, kimisini Avropadakı Alp dağının, Asiyadakı Pamir və Himalay dağlarının... zirvələrinə bənzədirəm. Mənim zənnimdə ümummilli liderimiz Heydər Əliyev Himalayın ən uca zirvəsi olan Everestlə (onu Comolunqma zirvəsi də adlandırırlar) eyniyyət təşkil edir. Yaşadığımız planetdə Everestdən uca zirvə olmadığı kimi, dünya siyasətində Heydər Əliyevə tay tutulası, onun səviyyəsində durası şəxsiyyət yoxdur.
Uca dağların əzəməti, möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın göründüyü ki¬mi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani çoxluğundan müəyyən vaxt keçdikdən sonra, ideyalarının, əməllərinin təntənəsini zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir.
Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının "məhsulu" kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini, yeri gəlmişkən, yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: "Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir".
Zəmanəmizin tanınmış dövlət xadimlərindən olan Eduard Şevardnadze isə bu flkri bir qədər də qüvvətləndirmişdir: "XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir".


Məmmədov Müstəqim Səyyad oğlu
Tərtət Rayon İcra Hakimiyyətinin başçısı dle
Sind Sie auf der Suche nach den billigsten replik-uhren? Dann ist VipuHren hier, um Ihnen zu dienen. Wir sind ein f?hrender Replik-Uhr-Designer, der alle f?hrenden Uhrenmarken zum echten omega replica Preis verkauft. Unsere Breitling Replica-Uhren sind fein gestaltet, um genau die Finesse und den Stil des Originals replica uhren shop zu geben. Aus diesem Grund sind unsere Uhren die meistverkauften Replik-Uhren cartier replica auf der ganzen Welt.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: