Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

14 May 09:40Olke, Medeniyyet

Qənirə Paşayeva Xalq artisti Şamil Süleymanlı ilə görüşüb

Qənirə Paşayeva Xalq artisti Şamil Süleymanlı ilə görüşüb

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli aktyorumuz, Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb.

Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından dəyərli aktyorumuz Şamil müəllimi doğum günü və yubileyi münasibətilə təbrik edib. Eyni zamanda geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli Xalq artistimiz Şamil müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib. Azərbaycan Respublikasının Xalq artisti, dəyərli aktyorumuz Şamil Süleymanlının təbrik məktubunda qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlıya
Hörmətli Şamil müəllim!
Siz Azərbaycan kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, unudulmaz obrazlara həyat vermiş dəyərli sənətkarımızsınız.
Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”

Hörmətlə,
Komitənin sədri
Qənirə Paşayeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: