Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

12 May 16:40Olke

Azərbaycanda bu nazirliklə bağlı cinayət işləri başlandı - RƏSMİ

Azərbaycanda bu nazirliklə bağlı cinayət işləri başlandı - RƏSMİ
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial siyasət kimi strateji sferada idarəetmənin təkmilləşdirilməsi, əlçatanlıq və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən, sosial təminat sistemində əhalinin daha həssas təbəqəsinin sosial-iqtisadi mənafelərinin müdafiəsinin gücləndirilməsi sahəsində korrupsiya hüquqpozmalarına və sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmış 2019-cu il üzrə hesabatında göstərildiyi kimi bu istiqamətdə ardıcıl və kəsərli tədbirlər görülməklə cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunub.

Qeyd edilən materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanıb, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində səkkiz cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilib, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Məhkəməyə göndərilmiş cinayət işlərindən ikisi üzrə dörd şəxs barəsində ittiham hökmü çıxarılıb, altı cinayət işi hazırda məhkəmələrin icraatındadır.

Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi