Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

09 May 17:40Olke

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik etdi - FOTO

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik etdi - FOTO

Heydər Əliyev Fondu hər il olduğu kimi bu dəfə də 9 May - Qələbə Günündə Böyük Vətən Müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.

9 May - Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.

Bununla yanaşı, respublika üzrə 256 veteranın evində bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətində saxladığı qeyd olunub və böyük qələbənin əldə olunmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibəti ilə təbrik edilib.

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik etdi - FOTO
Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik etdi - FOTO
Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik etdi - FOTO
Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik etdi - FOTO dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: