Yeni XəbərLər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib?
01.02
Tələbə adı qazananların NƏZƏRİNƏ
01.09
İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb…
01.09
SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ
31.08
Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi
31.08
Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb
31.08
Arxiv
Sorğu
Оцените работу движка
03 İyl 12:32Medeniyyet
Leyla Əliyeva: Həyatın anları
Yubiley həmişə geriyə boylanıb keçdiyin yola nəzər salmaq imkanıdır. Leyla Əliyevanın keçdiyi yol isə heyranlıq hissi doğurur.
Bu kövrək qadının ölkəsi üçün gördükləri işlər o qədər çoxdur ki, başqalarının bu işləri görməsinə bəlkə də bir əsr də kifayət etməz. Onun macal tapıb bu qədər işin öhdəsindən gəlməsi, sadəcə, inanılmazdır: Azərbaycanın zəngin mənəvi dünyasını, misilsiz incəsənətini bütün dünyaya tanıdan möhtəşəm humanitar layihələr, irimiqyaslı xeyriyyəçilik fəaliyyəti, ölkənin təbii müxtəlifliyini qoruyub saxlamağa, nəsli kəsilməkdə olan heyvanların mühafizəsinə imkan verən ekoloji layihələr. Leyla xanımın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası dünyanın diqqətini Azərbaycanın sağalmayan yarasına cəlb edib. Həmin kampaniya nəticəsində bu faciə bir sıra ölkələrdə soyqırımı kimi tanınıb. Bütün bu təşəbbüslərin və işlərin beyin mərkəzi və əsas hərəkətverici qüvvəsi isə Leyla Əliyeva olub.
Deyirlər ki, istedadlı insan hər sahədə istedadlıdır. Leyla Əliyeva nümunəsi bunu tam təsdiq edir. O, şair və rəssam ruhlu insandır. Şeirləri və rəsmləri onun fitri istedadından xəbər verir. Gənclərin lideridir, Azərbaycanda müasir nəslin simasını bir çox cəhətdən formalaşdıran liderdir, ölkəsini sonsuz məhəbbətlə sevən və bunu sözdə deyil, konkret işləri ilə sübuta yetirən şəxsiyyət, gözəl övlad və anadır... Bütün bu sözlər yalnız bir insan – Leyla Əliyeva haqqındadır.
Fotoşəkillərdə Leyla Əliyevanın həyatının, onun çoxşaxəli, sözün əsl mənasında, fədakar fəaliyyətinin ayrı-ayrı məqamları əks olunub.
Leyla xanımı ad günü münasibətilə təbrik edir, ona sevinc dolu günlər arzu edirik!

Yorum ekle
Xəbərlər
Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib? 09:22Tələbə adı qazananların NƏZƏRİNƏ 05:39İcra başçısı ilə görüşən şəxs həbs edildi - Qəbulunda söyüş söyüb… 04:27SOCAR-ın törəmə müəssisəsi adını DƏYİŞDİ 09:31Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi 07:08Bakıda “Prius”la beş polis və iki vətəndaşa xəsarət yetirən sürücünün məhkəməsi başlayıb 05:14Sumqayıt və Abşeronun bir hissəsində su kəsiləcək 06:15Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var 06:02
Istifadəçi Girişi
Populyar Xəbərlər