Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

11 İyn 13:43Medeniyyet

SEVİMLİ MÜĞƏNNİMİZİN QARDAŞI VƏFAT ETDİ

SEVİMLİ MÜĞƏNNİMİZİN QARDAŞI VƏFAT ETDİ
Azərbaycanın sevimli müğənnilərindən biri olan, Masallı rayonunun Böyük Kolatan kəndində doğulub, orada böyüyüb boya-başa çatan İsrail Fəzlan oğlu Məmmədovun qardaşı, Məmmədov Ulduz Fəzlan oğlunun dünyasını dəyişməsi ilə bağlı Respublikaxəbər.az İnformasiya-Xəbər portalının rəhbəri Elyaz Gülüyev həmin kənddə təziyyə mərasimində iştirak etmişdir. Ulduz müəllimin vəfatı ilə bağlı rəhbərlik başda olmaqla bütün Media adından öncə dostumuz İsrail müəllimə, sonra onun ailəsinə, övladlarına və qohum əqrabalarına., ümumiyyətlə Böyük Kolatan kəndinə Uca Allahdan səbr diləyərək, onlara baş sağlığı verir, rəhmət və məğfirət diləyirik. Allah rəhmət etsin. Amin.
Məmmədov Ulduz Fəzlan oğlu 15 iyul 1951-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində doğulmuş və 01 may 2019-cu il tarixdə isə axırı olmayan dünyaya
(axirət dünyasına) köç etmişdir.
Qeyd edirik ki, Ulduz müəllim dünya həyatında 67 il 320 gün yaşamışdır. Ulduz müəllimin vəfatının səbəbini İsrail müəllimdən öyrəndiyimizdə, İsrail müəllim qardaşı Ulduz müəllimin bir müddət öncədən ürək əməliyyatı olunduğunu dedi və səbəbini də ürəyində narahatçılığın olduğunu qeyd etdi. Qəbir ziyarəti etdiyimiz zaman İsrail müəllimin qardaşı Ulduz müəllimin qəbirinin arxa tərəfində baş daşı üzərində adları oxuyarkən 1983-cü il təvəllüdlü və 2004-cü il tarixli ölüm tarixi qeyd olunan Məmmədov Qaşqay Ulduz oğlunun qəbri də rəhbərliyin gözündən yayınmayıb. Elə məlum olub ki, Ulduz müəllimin ürəy xəstəliyinə düçar olmasının səbəbi də gənc balasının dünyadan tez köç etməsi olub. Allah hər ikisinə də rəhmət etsin, Məkanları cənnət olsun, Uca Allah kimilərinin üzü ağ, kimilərinin üzü qara olacağı gündə Ulduz müəllimin və övladı Qaşqay balanın üzünü ağ etsin, Məqamları uca olsun. Amin.
Həmin kənddə hüzur mərasimində kənd sakinlərinin də hüzurda iştirak etməsi, dünyasını dəyişən Ulduz müəllimin ruhuna dualar oxunması kənd sakinlərinin mehriban camaat olduğunu təsdiqlədi, bizi xoş qarşılamaları da qonaqpərvərliliyin olmasını isbat etdi. Kənd sakinlərinə də bir daha təşəkkür edirik.
Başınız sağolsun!

dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: