Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 Okt 09:20Medeniyyet

Turan İbrahimov Speys TV-dən getdi

Turan İbrahimov Speys TV-dən getdi

Aparıcı Turan İbrahimov Speys Televiziyasından ayrılıb.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı öz sosial şəbəkə hesabında yazıb:

“Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq bu mövsüm Speys TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib.

Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm.

Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəssisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: