Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Sen 17:36Medeniyyet

Tanınmış filosof alim vəfat etdi

Tanınmış filosof alim vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin uzun illər müdiri olmuş, “Şərq fəlsəfəsi problemləri” adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında vəfat edib.

Qeyd edək ki, Z.Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilib. Zümrüd Quluzadənin elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən daima yüksək qiymətləndirilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: