Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

01 Sen 11:20Medeniyyet

Rövşanədən NAZİRLİK RƏSMİSİNƏ: “Başqa yerdən növbəni tənzimləyən xüsusi qoçular gətirilmir ki…”

Rövşanədən NAZİRLİK RƏSMİSİNƏ: “Başqa yerdən növbəni tənzimləyən xüsusi qoçular gətirilmir ki…”

“İstənilən qurumda növbə yaranırsa, həmin qurumun ya mühafizə xidməti, ya da əməkdaşları növbəni tənzimləyir. Başqa yerdən növbəni tənzimləyən xüsusi qoçular gətirilmir ki…”

Respublikaxeber.az xəbər verir ki, Bunu tanınmış aparıcı Rövşanə Ağasəfqızı Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadənin poliklinikalarda vaksin növbəsi zamanı yaşanan sıxlıqlara münasibəti zamanı vurğuladığı “növbə tənzimləmək tibb işçilərinin öhdəliyi deyil” fikrinə cavab olaraq Yenicag.az-a açıqlamasında deyib.

R. Ağasəfqızı ayrı-ayrı məmurların işini tənzimləyə bilməməsi üzündən belə hallar yaşandığını bildirib:

“Xanımın açıqlamasını oxudum, düzü, mənə çox təzadlı gəldi. Təbii ki, insanlarda növbə mədəniyyətinin olması çox vacibdir. Amma nazirlik rəsmisi nə təklif edir? Randevu ilə gələn insanın yerinə başqası niyə salınmalıdır ki? Bu, öncədən randevu alan insanın haqqına girmək deməkdir və təbii ki, belə olan halda, narazılıq yaranacaq. Xanım deyir ki, qeydiyyatsız gələnləri məcburən növbəyə salırlar.

Rəsmi dövlət qaydası tətbiq olunursa, hamıya şamil olunmalıdır. Yox, əgər vətəndaş portaldan keçməyi bacarmırsa, onda randevu söhbəti ləğv olunsun, canlı növbə sistemi ilə işləsinlər. Yəni vahid standart olsun. Kənardan baxanda adama elə gəlir ki, insanları qəsdən dövlətdən, hökumətdən narazı salmağa çalışırlar. Halbuki bu, dövlətin günahı deyil. Bu, ayrı-ayrı məmurların işini tənzimləyə bilməməsidir.

Nazirlik rəsmisi deyir ki, növbə tənzimləmək tibb işçisinin işi deyil. Amma istənilən qurumda növbə yaranırsa, həmin qurumun ya mühafizə xidməti, ya da əməkdaşları növbəni tənzimləyir. Başqa yerdən növbəni tənzimləyən xüsusi qoçular gətirilmir ki…”
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: