Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

27 Avq 17:56Medeniyyet

“Hansı Xalq artistlərinin məni gözü götürmədiyini bilirəm” - Hiss

“Hansı Xalq artistlərinin məni gözü götürmədiyini bilirəm” - Hiss

Son dövrdə populyarlaşan müğənni Hiss ( Röya Məmmədova) MTV Azərbaycan kanalını və ona maneə olduğunu düşündüyü Xalq artistlərini tənqid edib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, gənc pop ifaçısı instaqram səhifəsində paylaşım edərək son iki ay ərzində ona qarşı kampaniya aparıldığını iddia edib:

“Mənim “Karma” adlı mahnım həftələrdir trend 1-dədir. Bütün şəhər mahnımı dinləyir, amma nədənsə MTV bunu görmür. Artıq iki aydan çoxdur ki, heç bir klipimi yayımlamırsız.

Amma ondan əvvəl TOP-lardan düşmürdüm. Nə baş verdiyini çox gözəl bilirəm. Hansı Xalq artistlərinin gözünün götürmədiyini də…

Sizin kanalda mahnımın olub-olmamağının mənim üçün fərqi yoxdur. Mahnımı dinləmək istəyən axtarışa verir və qulaq asır. Bəzi artistlər kimi güclə camaatın beyninə soxmuram. Yeni nəsili qəbul etməyi bacarın! 1, 2 ildən sonra bütün beynəlxalq musiqi kanallarında mahnılarım səslənəndə bu paylaşımımı yenidən yayımlayacam. Az qalıb, kim olduğumu sizə göstərəcəm”. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: