Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

07 İyl 21:35Kriminal

Azərbaycanda DƏHŞƏT! Valideynlər məhkum övladlarına narkotik ötürür

İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətin məlumatına əsasən, 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 3 saylı İstintaq təcridxanasında cəza çəkən məhkum Mikayılov Cəlil Tahir oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Sumqayıt şəhər sakini Mikayılov Tahir Cəlil oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,323 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Bundan başqa, Bakı İstintaq təcridxanasında saxlanılan Kərimov Elçin Əhmədağa oğlu ilə görüşə gəlmiş oğlu Bakı şəhər sakini Kərimov Adnan Elçin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan "Slavyanka" yazılı şəffaf plastmas qabın içərisindəki mayeyə qarışdırılmış 0,495 qram psixotrop maddə - metamfetamin tapılıb.

Həmçinin, həbs edilərək Bakı İstintaq təcridxanasında saxlanılan Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram narkotik maddə - heroin aşkar edilib.

Hər üç faktla bağlı araşdırma aparılır. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: