Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

28 İyn 14:35Kriminal

MUSİQİNİN SÖZLƏRİ İLƏ ZARAFAT EDƏN DAYI BACI OĞLU BİR QRUP ŞƏXŞ TƏRƏFİNDƏN HÜCUMA MƏRUZ QALDILAR

MUSİQİNİN SÖZLƏRİ İLƏ ZARAFAT EDƏN DAYI BACI OĞLU BİR QRUP ŞƏXŞ TƏRƏFİNDƏN HÜCUMA MƏRUZ QALDILAR
Respublikaxeber.az xəbər verir ki Redaksiyamıza daxil olan məlumat əsasında nəzərinizə çatdırırıq ki, 23 iyun 2019-cu il tarixdə gecə saat 02:00 radələrində Nəsimi Rayon ərazisində yerləşən “QALA ALTI” kafesində Xuliqanlıq hadisəsi baş vermişdir. Belə ki, adının qeyd edilməsini istəməyən şəxs hadisə barədə məlumat verərkən bildirmişdir ki, Həmin kafe Canlı Musiqi olaraq gecə saatlarında da fəaliyyət göstərir. Yuxarıda qeyd olunan saatda musiqi ifa olunarkən Azərbaycanın sevimli müğənnilərindən biri olan Nazənin Salayevanın “ Çıxaq gedək buralardan” musiqisi ifa edilmiş, həmin vaxt da kafedə uzun müddətdir ki, ofisiant kimi xidmət göstərən xanıma zarafat edərək demişdir ki, gəl gedək buralardan, kimi zarafatlı sözlərlə səni bizə aparacam demişdir. Həmin vaxt Sako ləqəbli şəxs və onunla birlikdə əlavə bir şəxs də ona qoşularaq şikayətçini döyərək ona yüngül bədən xəsarətləri yetirmişdir. Əlavə olaraq da Sako ləqəbli şəxsin yanındakı adı bilinməyən şəxs də şikayətçi ilə birlikdə gələn və dayısı ilə mübahisə edən şəxsləri ayırmaq üçün müdaxilə edən zərəçəkmişin (bacısı oğlu) XXXXXXX XXXXXXX XXXXXX oğlu adlı şəxsin üzərinə bıçaq çıxardaraq onu ölümlə hədələmişdir. Bununla bağlı hazırda Nəsimi RPİ-nin 19-cu PB-nin Təhqiqat şöbəsində təhqiqat araşdırması davam etdirilir. Əlavə olaraq da həmin kafenin rəhbərliyinin mövqeyini öyrənmək üçün hadisə yerinə getdik, Kafe rəhbərliyi bildirdi ki, hadisə kafenin çöl hissəsində yəni ki, küçədə baş vermişdir. Biz dəfələrlə kafe rəhbərliyinə izah etdik ki, hadisəyə səbəb, yəni hadisənin başlanğıc yeri kafenin içərisində gecə saatlarında ifa olunmuş canlı musiqi olmuşdur. Kafe rəhbərliyi isə etiraz etdi. Daha ətraflı izləyicilərimizə VƏTƏNDAŞIN ƏRİZƏSİNƏ ƏSASƏN Hüquq-Mühafizə orqanlarının obyektiv araşdırmasının nəticəsindən sonra məlumat verəcəyik dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: