Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

30 May 12:05Kriminal

"Rövşən Lənkəranski"nin bandasından xəbər var

İyunun 5-də Rusiyanın Nijniy Tagil şəhəri, Lenin rayon məhkəməsi tərəfindən mərhum "qanuni oğru" "Rövşən Lənkəranski"nin dəstəsinin üzvlərinə hökm oxunacaq.

virtualaz.org-a istinadən Respublikaxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Müttəhimlər kürsüsündə 12 nəfər əyləşib, cinayət işi 40 cilddən ibarətdir. İttihamlar təsdiqini taparsa, təqsirləndirilən şəxslər 7 ildən 12 ilədək azadlıqdan məhrum oluna bilərlər.
Mütəşəkkil cinayətkar dəstənin üzvlərindən biri – Telman Vəliyevin müdafiəçisi Marina Konopelko dörd illik araşdırmadan sonra nəhayət ki, sözügedən cinayət işinə nöqtə qoyulacağını deyib.

Qeyd edək ki, 12 nəfərdən yalnız dörd nəfəri - Telman Vəliyev, İsa Abilov, Mixail Allahverənov, Nemət Abduləliyev dəmir barmaqlıqlar arxasına göndərilib. Yerdə qalanlar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Banda üzvləri quldurluqda, hədə-qorxu yoluyla pul tələb etmədə, iş adamlarından zorakılıqla pul qoparmaqda, qanunsuz silah gəzdirməkdə, sağlamlığa xəsarət yetirməkdə və s. bu kimi ağır cinayətlərdə ittiham olunurlar. Cinayət işinin istintaqını Sverdlovsk vilayəti üzrə Daxili İşlər İdarəsinin istintaq bölməsi aparıb.
İttihama görə, əsasən azərbaycanlılardan ibarət dəstə üzvlərinin əksəriyyəti idmançılardır. Qruplaşma üzvləri 2015-2016-cı illərdə Telman Vəliyevin başçılığı altında müxtəlif cinayətlər törədiblər. Həbs olunduğu günə-2016-cı ilin avqustun 4-dək T.Vəliyev dəstəyə birbaşa rəhbərliyi özü edib. İlkin əməliyyat istintaq tədbirləri zamanı banda üzvlərindən yalnız altı nəfər - Vəliyev, Abbasov, Muradov, Vidaka, Hacıyev və İlkin Abilov saxlanılıb. Cinayətkar dəstənin digər üzvləri – Allahverənov və Abduləliyev ötən ilin mayında həbs olunublar.
Rusiya mətbuatının yazdığına görə, "Vəliyevin bandası" 18 avqust 2016-cı ildə Türkiyədə güllələnərək qətlə yetirilən kriminal avtoritet "Rövşən Lənkəranski"nin nəzarəti altında olub. Hesab edilirdi ki, Lənkəranski Orta Ural da daxil olmaqla azərbaycanlıların bir qismi arasında böyük nüfuza malik idi və həmvətənlərindən "töycü" toplayırdı.

T.Vəliyevin müdafiəçisi Marina Konopelkonun sözlərinə görə, nə ibtidai istintaq zamanı, nə də məhkəmə proseslərində kriminal avtoritetlərlə, xüsusilə də mərhum "qanuni oğru" "Rövşən Lənkəranski" ilə əlaqələri barədə təqsirləndirilənlərə heç bir sual verilməyib: "2016-cı ilin avqust ayının əvvəllərində mətbuatda Nijniy Tagil şəhərində Lənkəranskiyə məxsus etnik cinayətkar qruplaşmanın üzvlərinin saxlanılması ilə bağlı xəbərlər yayıldı. Lakin yarım il ərzində aparılan istintaq araşdırmaları zamanı dəstə üzvlərinin Rövşən Canıyevlə heç bir bağlılığı, əlaqəsi üzə çıxmadı".

Vəkil iddia edir ki, Vitaliy Neyvirt və Eldar Ağayev adlı şəxslərin polisə şikayətindən sonra dəstə üzvləri hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Zərərçəkmişlər şikayətlərində onlardan hədə-qorxu ilə pul tələb edildiyini bildiriblər: "Həmin vaxt "Nijniy Tagil dəstəsi" haqda söhbət belə getmirdi".

Müdafiəçinin dediklərindən belə məlum olur ki, hadisələr 2016-cı ildə Xıdır Hacıyevin (təqsirləndirilən şəxslərdən biri-red.) Vitaliy Neyvirt və Eldar Ağayevlə "iş birliyi"ndən sonra cərəyan edib. Belə ki, daşınmaz əmlakın, mənzillərin alqı-satqısı ilə məşğul olan dostlar öz aralarında Hacıyevə "atmaq" qərarına gəliblər. Çox keçməyib ki, Vitaliy Neyvirt elə dələduzluğa görə də həbs olunub. Aldadılan X.Hacıyev isə öz növbəsində Eldar Ağayevi yaxından tanıyan tanışı Vəliyevə müraciət edib. Söhbət kriminal aləmin üzvlərinə qədər gedib çıxıb. Nəhayət, V.Neyvrit və E.Ağayev Vəliyev və Abilovun təzyiqi ilə borc müqaviləsi imzalayıblar. Bundan iki həftə sonra isə Neyvirt Yekatirinburqa gələrək ondan hədə-qorxu ilə pul tələb edilməsi barədə polisə şikayət ərizəsi yazıb. Təxminən bir aydan sonra isə eyni məzmunlu şikayəti E.Ağayev də polisə ünvanlayıb.

"Altı aylıq istintaq araşdırmasından sonra həbs olunanlardan əksəriyyəti ev dustaqlığına buraxılır. Cinayətkar qruplaşmanın mövcudluğu barədə yeni dəlil təqdim edilmir. Amma az sonra istintaq tərəfindən fəallıq başlanır və ittihamın həcmi böyüyür. Göstərmək istəyirlər ki, dəstə yenə də mövcuddur. Vəliyevə isə Rusiya Cinayət Məcəlləsinin 13 maddəsi ilə ittiham irəli sürülür. Cinayət işinin ətrafında beləcə süni ajiotaj yaradırlar"-deyə vəkil əlavə edib.
Cinayət işindəki epizodlar əsasən Abilov qardaşlarının uşaq evlərindəki şagirdlərlə bağlı olan hissəsidir. İttihama görə, qardaşlar mütəmadi olaraq onlara hədə-qorxu gələrək zorla pullarını əllərindən alıblar.

"Cinayət işi üzrə zərərçəkmiş kimi tanınan, uşaq evində böyüyən Artemev Abilovları yaxından tanıyıb. Məhəllədə futbol oynayıblar, tez-tez zəngləşib görüşüblər. Amma istintaqın versiyasına görə, Abilov ondan dəfələrlə zorla pul alıb. Söhbət bir mİlyon rubldan gedir.

Artemev özü məhkəmədə etiraf edib, deyib ki, Abilovlarla bağlı polisə şikayət etmək niyyəti olmayıb. Onu polis bölməsinə zorla gətiriblər və şikayət ərizəsi yazmağa məcbur ediblər. Daha sonra isə polislər onu Nijniy Tagildəki mehmanxanalardan birinə apararaq bir ay orada saxlayıblar. Telefonunu əlindən alıblar. Artemev mehmanxanada köməkçi kimi çalışıb. Bir neçə dəfə qaçmağa cəhd edib, amma polislər onu geri qaytarıblar"- vəkil qeyd edib.

Vəliyevə həmçinin dəstə üzvləri Oksana Menşova və Əhməd Gəlməsovla birlikdə stomotoloq Uluqbəy Nəzərovun oğurlanması, döyülməsi ilə bağlı ittiham irəli sürülüb. Sonradan təqsirləndirilən şəxsin sözügedən cinayət işi ilə əlaqəsi olmadığına görə həmin epizod ittihamdan çıxarılıb.

Vəkil bildirib ki, hazırda məhkəmədə bir neçə epizod üzrə araşdırma aparılır. Hər bir cinayətə görə isə 7 il həbs cəzası nəzərdə tutulur: "Məhkəmənin gedişatında etnik cinayətkar qruplaşma haqqında "mif" tamamilə dağılmağa başladı. Lakin prokurorluq orqanı təqsirləndirilənlərə 7 ildən 23 ilə qədər cəza istədi. Nəyə görə? Nə üçün? Hüquq-mühafizə orqanları yəqin ki ictimaiyyətə Vəliyevin və Abilovun cinayətlərini açdığını, həqiqətən mətbuatın yazdığı kimi onların Rövşən Lənkəranskiyə bağlı olduğunu göstərməyə çalışır. Amma gerçəkdən də belə bir əlaqənin mövcudluğu olmayıb, yaranmış vəziyyət bu cürdür".

Nijniy Tagil şəhərinin Lenin rayon prokurorluğu hökm elan olunduqdan sonra cinayət işinin təfərrüatlarını şərh etməyə söz veriblər. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: