Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

20 May 14:30Kriminal

Azərbaycanda ticarət mərkəzində qız üstündə DAVA – Öldürmək istədi

Şabran rayonunda qəsdən adam öldürməyə cəhd edən şəxsə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-a istinadən Respublikaxeber.az məlumatına görə, bu ilin yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 1997-cı il təvəllüdlü Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.

Artıq Şabran Rayon Prokurorluğunda aparılan cinayət işinin istintaqı yekunlaşdırılıb və Musayev Fərid Vüqar oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 22 yaşlı Fəridə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: