Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

16 May 13:51Kriminal

İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çi ilə bağlı – Qərar

İrqa Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, "Abu Cihad" ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

teleqraf.com-a istinadən Respublikaxeber.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Eldəniz Məmmədovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub.

Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş "Abu Cihad" ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.

Yayılan videokadrlardan görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır.

Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibi olub.
İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çi ilə bağlı – Qərar dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: