Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 May 15:03Kriminal

Məhkəmədə bir-birinin üzünə duran 2 qadının acı HƏYAT HEKAYƏSİ – VİDEO/FOTO

ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkumlar Hökümə Məmmədova və Rəhilə Cəfərovanın həyat hekayəsindən bəhs olunub.

metbuat.az-a istinadən Respublikaxeber.az həmin hekayələri təqdim edir.

Hökümə Məmmədova – Cəzası - 8 il: "Atam birinci dəfə evlənib, ondan 4 qızı var. Sonra mənim anamla evlənib. Ailədə 4 qardaş, bir də mənəm. Valideyinlərim çox yaxşı olub, mənə də yaxşı baxıblar. Məktəbə gedib gəlirdim, atam və ya qardaşlarım aparıb-getirirdi. Amma bilirdim ki, atam oxutmayacaq, çünki pis baxırdı. "Lak" belə qoymazdı dırnağıma vuram. Beyləqanda toyda oğlanla tanış olmuşdum, oğlan kəndə arxamca gəlmişdi. Atam vermədi, mən də onla qoşuldum qaçdım. Toyum oldu, 2 gün toy etdilər mənə. Toydan sonra barışığıa getdilər, amma atam qəbul etmədi. Dedi ki, o adda qızım yoxdur. Yoldaşımgil mənə çox yaxşı olub. Amma atamgildən heç kim gəlib-getmədi. Hər gün fikirləşib ağlayırdım. Sonra evdən çıxıb getdim. Günahkar atamdı, mənimlə danışsaydı belə olmazdı. Evdən çıxdım getdim, qonşu Rəhiləgildə qaldım. Qalmağa yerim yox idi. O da dedi ki, mən Türkiyəyə gedirəm gəl səni də aparım. Getdim orada qaldım. Evlə danışmırdım deyə həyatımdan bezmişdim, nə etdiyimi də bilmirdim. Özüm-özümə etdim. İndi-indi bilirəm ki, mən nələr etmişəm. Türkiyədə 4-5 ay o arvadın evində qaldım. Sonra məni ərə verdi. Zaksım olmamışdı orada. Gəldim burada boşandım. Arada anamla danışırdım, amma Türkiyədə olduğumu və ayrıldığımı demirdim. Atam bir-iki dəfə telefonu götürəndə mənim olduğumu bilib nömrəmi dəyişdi. Mənə yaxşı baxıblar, amma mənim fikrimdə həmişə evimiz, anam olub. Deyirdim ana, səni qıraqdan görüm, deyirdi ki, qardaşların öldürər. O arvadgilə getdim. Arvadın yanında da bir qız var idi. Aparıb qızı işlətdi, qız da gəlib onu şikayət edib, mənim də orada olduğumu demişdi. Doğrudur, mən də orada idim. Rəhilə həbs olundu. Noyabrın 6-sı Azərbaycana gəldim. Eşitdim ki, bu həbs olunub və mənim adımı verib. Məhkəmə oldu və gəldi üzümə durdu. Dedi ki, o qızı Hökümə aparıb. Məhkəmədə qızı gətirdilər və qız onun sözünü təsdiqlədi. Rəhilə indi peşmandı mənə elə deməyinə. Burada da söhbətimiz olur, danışırıq. Ailəmə səslənirəm: Məni bağışlasınlar, anamı istəyirəm. Başıma gələnləri onlara danışmaq istəyirəm. Cəzam 8 ildir, amma hələ 5 aydır ki, burdayam. Gözüm qapıda, qulağım zəngdədir ki, mənim də ailəm gələcək, məni axtaracaq. Ər evində gəlmədiz, heç olmasa burada gəlin. Məni bağışlayın, çox səhv etmişəm".
Rəhilə Cəfərova – Cəzası 11 il: "Mən bilet alanda bu qızı gördüm. Dedi xala hara gedirsən? Dedim Dənizliyə. Bu da dedi ki, mən də İğdırda yaşayıram. Sevindim. Qızı görməmişdim. Uzun qız idi. Öpüşüb-görüşdük. Taksiyə oturduq getdik. O öz yoluna, mən də öz yoluma. Mən İğdırda qarajda düşüb Dənizli avtobusuna mindim və qızımgilə getdim. O qızı mən elə görmüşəm. Bir 2007-ci ildə, bir də həbs olunduğu gün gördüm. Məni şahid qismində məhkəməyə çağırdılar, getdim. Şəkilləri tökdülər qabağıma dedim hə, bu qız qonşumdur və onunla filan saatda, filan yerdə, taksi ilə yol getmişəm. Məndən sonra Höküməni tutublar. Mən onu görəndə xəcalət çəkirəm".
dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: