Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

30 Sen 14:23Kriminal

Bakıda polis arvadına 6 güllə vurub - TƏFƏRRÜAT + YENİLƏNİB

Bakıda polis arvadına 6 güllə vurub - TƏFƏRRÜAT + YENİLƏNİB

Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınan qətllə bağlı detallar məlum olub.

Respublikaxeber.az lent.az-a istinadən xəbər verir ki, qətlə yetirilən iki azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək əri, Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.

Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub. Bu zaman ər-arvad arasında mübahisə düşüb. Daha sonra İ. Məmmədov üzərindəki tabel silahı ilə arvadına ard-arda atəş açmağa başlayıb. Bədəninin müxtəlif nahiyələrindən altı güllə yarası alan qadın hadisə yerindəcə keçinib.

İ.Məmmədov qətli törətdikdən sonra polisə təslim olub.

Məlumata görə, İsmayıl Məmmədovun arvadının şöbədə ondan şikayət etdiyini polis əməkdaşları özləri xəbər veribmiş.

***

11:59
Səhər saatlarında Bakıda həyat yoldaşını qətlə yetirən polislə bağlı bəzi detallar məlum olub.

KONKRET.az-ın məlumatına görə, qətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova oxu.az-a bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub:

“Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.

N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib:

“Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.

Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:

“Yoldadır, gəlir, elə bilir yaralıdı”.

Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: