Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 İyn 16:48Kriminal

ELAN YAPISDIRARAQ SEKININ VEREZET KEND SAKINLERINI ALDADAN SEXS KIMDIR?

Məlumat üçün bildiririk ki, 13 iyun 2020-ci il tarixdə redaksiyamıza daxil olmuş şikayət ərizəsində Şəki rayon sakini Qabilov Elşən Qabil oğlu adlı bir şəxs müxtəlif üsullarla insanları aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirtməklə məşğuldur. Qabilov Elşən Qabil oğlu ilə biz də tərəfimizdən əlaqə saxlayaraq deyilənlərlə bağlı mövqe öyrənmək istədik. Qabilov Elşən Qabil oğlu deyilənlərin doğru olduğunu qeyd edərək aldığı pulları qısa bir zamanda qaytaracağını bildirdi. Dəfələrlə müxtəlif vədlər verərək qaytaracağını bildirsə də O, hələ də vətəndaşları aldadaraq aldığı pulları geri qaytarmamışdır.

Belə ki, zərərçəkmiş şəxs Şəki rayon, Vərəzət kənd sakini Rəsulov Cavid Nurəhməd oğlu 13 iyun 2020-ci il tarixli redaksiyamıza etdiyi müraciətində bildirmişdir ki, 2019-cu ilin təxminən orta ayllarında yaşadığı kəndin küçələrində və iaşə obyektlərində işə qəbul ilə bağlı yazılı elan asılmışdır. Elanın üzərində olan nömrə (055) 274 50 01 ilə əlaqə saxlayaraq özlərinin də işlə təmin olunmaları üçün müraciət ediblər. Həmin şəxs Qabilov.E.Qabil oğlu isə elanda qeyd olunanların doğru olduğunu və özünün Günəbaxan firmasının səlahiyyətli işçisi olduğunu bildirib və işlə təmin olunmaq istəyənləri sürücü, ekspediter və.s sahələrdə işlə təmin etmək səlahiyyətinin olduğunu bildirib. Rəsulov Cavid nə etməli olduğunu bildirən zaman Elşən şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin) və sürücülük vəsiqəsinin surətlərini təqdim etməyi, əlavə olaraq müxtəlif zamanlarda müxtəlif məbləğlərdə rüsum ödəmələrini bildirərək ondan ümumilikdə 167.00 (yüz altmı yeddi) manat pul almışdır. Lakin sonradan işin alınmadığını bildirərək aldığı pulları qısa zaman ərzində geri qaytaracağını bildirmişdir. Onu da qeyd edək ki, Rəsulov Cavid ilə eyni vaxtda ərizə ilə müraciət edən onun həmkəndlisi Şəki rayon Vərəzət kənd sakini İbrahimov Afdandil Rəsul oğlu da birincinin ərizəsini təsdiqləyərək ona oxşar məzmunlu ərizə yazaraq ona dəymiş ziyanın məbləğinin fərqli olmasını göstərərək 700 manata yaxın pulunun Qabilov Elşən Qabil oğlu tərəfindən ələ keçirildiyini bildirdi.

Şikayət ərizəsindən göründüyü kimi şikayətçilər ərizələrində qeyd etdiklərini ictimailəşdirməyimizi və bunula bərabər də Hüquq Mühafizə orqanlarını məlumatlandırmağımızı xahiş etmişdir.
Odur ki, şikayətçilərin müraciətində qeyd etdiklərini əsas götürərək şikayət ərizələrininn surətlərini qoşma olaraq əlavə edib tərəfimizdən Hüquq-Mühafizə orqanlarına bu barədə məlumat məktubu göndərilmişdir, Həmin şəxsləri aldadaraq onların pullarını ələ keçirən Qabilov Elşən Qabil oğlunun barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbir görülməsi və zərəçəkmişlərə vurmuş olduğu maddi ziyanın ödənilməsində köməklik göstərilməsini AR-nın Daxili İşlər Naziri General Polkovnik cənab Vilayət Eyvazovdan və eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsin Rəisi polis polkovniki cənab Azər Muradovdan xahiş etmişik. Daha ətraflı aldığımız cavab məktubundan sonra Siz izləyicilərimizə məlumat verəcəyik. İzləməyi unutmayın.



Baş redaktor: Elyaz Gülüyev 051 831 01 01 dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: