Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

20 Apr 23:26Kriminal

Dayı azyaşlı bacısı qızını zorladı — Bakıda biabırçılıq (MƏHKƏMƏ)

Cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilən Babayev Ruslan Rafael oğlu Ali Məhkəməyə şikayət edib.
Ölkə.Az istinadən Respublikaxebere xəbər verir ki, təqsirləndiriln şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 12-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, ötən ilin əvvəlində Binəqədi rayonunda Ruslan Babayev bacısının azyaşlı qızı Lalə Qafarovaya (zərərçəkmişin as-soyadı şərti verilib – red.) təcavüz edib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə ötən il yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq tədbirləri aparılıb. Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: