Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

13 Avq 12:00Kriminal

Bakıda vəhşilik: Kişi və arvadı ögey bacının uşaqlarını qızdırılmış bıçaqla yandırdı...

Bakıda vəhşilik: Kişi və arvadı ögey bacının uşaqlarını qızdırılmış bıçaqla yandırdı...

Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basmış, İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsmiş, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək. dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: