Sorğu
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

04 Yan 18:43Iran

İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı - VİDEO

İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı - VİDEOİranın təhdidlərindən sonra ABŞ “Nimitz” aviadaşıyıcısını regiondan geri çəkmək planından imtina edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Pentaqonun rəhbəri vəzifəsini icra edən Kris Miller bəyan edib.

Daha əvvəl ABŞ mediası hazırda Yaxın Şərq regionunda ABŞ-ın yeganə aviadaşıyıcısı olan “Nimitz”in başqa yerə köçürülməsinə qərar verildiyini yazmışdı.

Millerin açıqlaması ABŞ və İran arasında münasibətlərin daha da kəskinləşməsi, həmçinin Donald Tramp rəhbərliyinin 20 yanvarda səlahiyyət müddəti bitməzdən əvvəl İrana zərbə endirə biləcəyi barədə spekulyasiyası fonunda verilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə regionda hərbi qarşıdurma baş verməsi halında İranın həm ABŞ bazalarına, həm də bu obyektlərin yerləşdiyi ərəb ölkələrinə qarşı eyni tədbirləri görəcəyini bildirmişdi.






Respublikaxəbər.az
Sənəm Əliyeva dle
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Qalın maili alt cizgi üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Link yerləşdirQorunmuş keçidin əlavə edilməsi | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir
Kod:
Kodu girin: